Bərdə rayonunda şəhidin ad günü qeyd olunub

Bərdə rayonunda şəhid Məhəmməd Zöhrab oğlu Allahverənov və şəhid Şahmuraz Əyyub oğlu Hümbətzadənin mövludu ilə bağlı mərasim keçirilib.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Bərdə rayon şöbəsinin sədri İsmayıl Rüstəmovun rəhbərliyi ilə şəhidin yaxınları, ictimaiyyət nümayəndələri, rayon rəhbərliyi və müharibə veteranları iştirak ediblər.

Çıxış edənlər şəhid Mahir Dadaşzadənin 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan və Vətən uğrunda qəhrəmancasına öz canından keçməsindən danışıblar. Şəhidlərimizə Allahdan rəhmət diləyiblər.

Şəhidlərin məzarı ziyarət olunub və ruhuna dualar oxunub.

Allah şəhidlərimizə rəhmət eləsin

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Bərdə

Bu xəbəri paylaşın: