RF Norilsk şəhərindən olan soydaşlarımız öz xeyirxah əməllərini davam etdirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi 44 günlük Vətən müharibəsində Talış uğrunda gedən döyüş əməliyyatlarında şəhid olan Tərtər rayon sakini Qəhrəmanlı Yaqub Abdulla oğlunun ailəsinə baş sağlığı verərək onun ailəsinə baş çəkiblər.

Rusiya Federasiyası Norilsk şəhərində yaşayan vətənpərvər soydaşlarımızın «Əsgərlərə dəstək» qrupunun üzvü Cavid Nəzərov adı çəkilən qrupun dəstəyi ilə şəhid ailələrinə, qazilərə yardımlar göstərir və şəhid adlarının əbədiləşdirilməsi üçün tikilən abidə komplekslərinə dəfələrlə dəstək olublar. Tərtər rayonunda isə ərzaq yardımlarını şəhidin ailəsinə çatdırmışlar.

Allah şəhidlərimizə rəhmət eləsin!

Çingiz İsayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: