TƏBRİK: MÜHARİBƏ VETERANI ZƏRXANIM RƏSULOVA

 Müharibə veteranı, AVMVİB-nin fəal üzvü Rəsulova Zərxanım Əlisəhab qızı  1968-ci ilın  sentyabr ayının  12-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.

 İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan biridə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Dəmir Yolları söbəsi sədirinin müavini Rəsulova Zərxanım Əlisəhab qızıdır. Sentyabr ayının 12-də onun 54 yaşı tamam olur.

Daimi həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan müharibə veteranı Zərxanım  Əlisəhab qızı Rəsulovanı  doğum günü münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və  Fədai.az kollektivi  səmimi qəlbdən təbrik edir, həyatda insan ücün ən şirin nemət olan  möhkəm can sağlığı və həyat yollarında bitib- tükənməyən naliyyətlər arzulayır. Zərxanımın yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

1983 -cü ildə  Bakı şəhərində  50 nömrəli tam orta məktəbin 8 (səkkizinci) sinfini,  1986-ci ildə isə Bakı şəhərində 68 nömrəli Texniki Peşə məktəbini bitrib.

 Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl edilməsi istiqamətində, Hərbi Andın,  Hərbi və  Azərbaycan  Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Nizamnamələrinin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqları  şərəf və məsuliyyət hissi ilə yerınə yetirmişdir.

 O, Azərbaycan Ordusunun tərkibində  Azərbaycanın ərazi bütövlüyü uğrunda  (Ağdam, Ağdərə və Tərtər rayonları istiqamətində) gedən döyüşlərdə  ona həvalə vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

1991-ci  ilə kimi  «Azərbaycan Mehmanxanasında  aşbaz və baş aşbaz işləyib.1992 — 2000-ci İllərdə Azərbaycan Ordusunun  Ağdam və  Tərtər rayonlarında yerləşən hərbi hissələrində, Hərbi Hava Qüvvələrin isə Bakı şəhərində yerləşən hərbi hissəsində  Feldşer  (Baş Tibb Bacısı) vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət edib.

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  üzvü  Rəsulova  Zərxanım Əlisəhab qızı  2018-ci ildən  Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Dəmir Yolları söbəsi sədirinin müavinidir.

 Zərxanım Rəsulova 44 günlük Vətən Müharibəsində  döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçularmızın yanında olaraq onlara öz köməyini  əsirgəməmişdir.

Hərbi və İctimai vəzifələrin icrasına məsuliyyətlə yaşadığına görə  fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb, təşəkkür elan edilib və aşağıdakı medalarla təltif edilib:

» Böyük Zəfər» medali ilə ;

» Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  yaranmasının » ( 1994- 2019) 25 illiyi  yubiley medalı ilə;

» Azərbaycan Müharibə Veteranı » medalı ilə;

«Sİlahlı  Qüvvələrin yaranmasının» » ( 1918- 2018) 100 illiyi medalı ilə.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN ZƏRXANIM XANIM!

 ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 BÜTÜN ARZULARIN CİN OLSUN!

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (Avmvib) sədrinin müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: