Azərbaycan Türkiyədən müasir qumbaraatanlar almağı planlaşdırır.
Anadolu agentliyinin xəbər verdiyinə görə, Türkiyə Müdafiə Sənayesi Komitəsinin əmri ilə Konya şəhərində yerləşən şirkət 40 mm-lik qumbaraatanların istehsalına başlayıb.
Qeyd olunur ki, bu uzaqmənzilli qumbaraatan 5000-dən çox atəş aça bilir, yüngül çəkiyə malikdir və daşınması çox rahatdır. Nəşrin yazdığına görə, Azərbaycan 400 və 800 metr məsafələrə atəş açmaq qabiliyyətinə malik qumbaraatanlar almaq istəyir.
Bu xəbəri paylaşın: