“ABŞ bizi dəstəkləməsə, bütün İran türkcə danışacaq» — Keçmiş XİN rəhbəri

“ABŞ bizi dəstəkləməsə, bütün İran türkcə danışacaq”.

Bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib. O bildirib ki, ABŞ İranı dəstəkləməlidir, yoxsa bölgədə, xüsusən də, İranda Türkiyənin təsiri artacaq.

“ABŞ bizi dəstəkləməsə, bütün İran türkcə danışacaq”, – deyən Zərif dünənə qədər Amerikanı düşmən görürdü, “sionist” yəhudilərin dostu adlandırırdı. İndi İranın düşmənlərindən kömək istəyir?

İran ona görə kömək istəyir ki, türkdən qorxur, ehtiyat edir. Bununla da İran türkün 1 nömrəli düşməni olduğunu özü isbat etmiş olur.

Türk heç vaxt öz din qardaşına kəm baxmaz, qırmızı xətləri keçməyənə qədər. Xain isə həmişə xoflu olar.

Xuraman Etibarlı

Mənbə: KONKRET.az

Bu xəbəri paylaşın: