Çavuşoğlu Blinkenlə sərhəddəki gərginliyi müzakirə edib

ABŞ dövlət katibi Entoni Blinken Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ermənistan və Azərbaycan arasındakı gərginliyi müzakirə edib.

Bu barədə Dövlət Departamenti məlumat yayıb.

Qeyd olunub ki, Blinken ABŞ-ın iki ölkə arasında dialoqu təşviq etməyə və uzunmüddətli siyasi nizamlanmaya nail olmağa hazır olduğunu təsdiqləyib.

Bu xəbəri paylaşın: