Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin əmri ilə müharibə veteranı, ehtiyatda olan kapitan Vahidov Zaur Əlsəfa oğlu Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Şirvan şəhər şöbəsinin sədri təyin edilib.
AVMVİB sədri Füzuli Rzaquliyev Zaur Vahidovu təbrik edərək, gələcək fəaliyyətində, xüsusən Şirvan rayonunda müharibə veteranlarının ictimai fəaliyyətinin təşkilində öz bilik və bacarığından istifadə edəcək. Rayon şöbəsinin fəaliyyətinin dirçəlməsinə öz töhfəsini verəcək.
Təyinat mərasimində Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavinləri Vahid Abdurəhmanov, Salman Musayev, Natiq Həsənov, NTK sədri Niyazi Quliyev və Mingəçevir şəhər şöbəsi sədrinin müavini Mübariz Rüstəmov iştirak ediblər.
Müharibə veteranı ehtiyatda kapitan Vahidov Zaur Əlsəfa oğlu 7. 03.1968-cü ildə Şirvan (Əlibayramlı) şəhərində anadan olub.



1985-ci ildə Şirvan (Əlbayramlı) şəhərində orta məktəbi, 1997- ci ildə Şirvan (Əlibayramlı) şəhər Sənaye Texnikomunu, 1998-ci ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Xəzər rayonunda yerləşən hərbi məktəbdə zabitlərin hazırlığı kursunu bitrib. Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində keçirilən bir çox metodiki — təlim toplanışlarda,təlimlərdə, seminar və konfranslarda iştirak edib. Zaur Vahidov hərbi təcürbə mübadiləsi əldə etmək üçün Türkiyəyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin Ankara, İstanbul və Izmir şəhərlərində yerləşən hərbi hissələrində və hərbı məktəblərində işgüzar səfərdə olmuşdur.
1986- 1988- ci illərdə SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Perm şəhərində yerləşən hərbi hissədə müdddətli həqiqi hərbi xidmətdə olub.
1988-1992-ci illərdə Şirvan (Əlibayramlı) şəhərində yerləşən Cihazqayırma zavodunda müvafiq vəzifələrdə işləyib.
1992- 2012 -ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Baş İdarəsinin Şirvan (Əlibayramlı), Lənkəran şəhərlərində və Hacqabul rayonunda yerləşən Əməliyyat və Tədris hərbi hissələrində taqım komandiri, böluk komandirinin müavini və böluk komandiri vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
O, Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azerbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Füzuli rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.

Hərbi və ictimai vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyasi hazırlığında ,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın, hərbi hissə komandirinin və Azərbaycan Vətən müharibəsi veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri ilə, «Qüsursuz xidmətlərə görə» 1ci, 2-ci və 3-cü dərəcəli, «Silahlı Qüvvələrin yaranmasının» 10 illiyi və 90 iliyi yubiley, «Böyük Zəfər», «Müharibə veteranı», «AVMVİB yaranmasının 25 illiyi» və «Silahlı Qüvvələrin yaranmasının 100 illiyi» medalları ilə, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
TƏBRİK EDİR VƏ FƏAİLİYYƏTİNDƏ YENİ UĞURLAR ARZULAYIRIQ.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini polkovnik Salman Musayev