Qam qavalı və onun üstündəki simvolların anlamı

1. Yerlə göy arasında əlaqə qurur, bu xəttlə üst-üstə düşən xəttlə Yeri 2 hissəyə, cəmi 4 hissəyə bölür. Bəzi arxeoloji qazıntılarda tapılan qam qavallarında bu xətt əvəzinə dünya ağacından istifadə edildiyi görülmüşdür.

Yaxud Cənnətin sütunu: Qübbəni daşıyan müqəddəs sütun.

2. Yerlə göy arasına girmiş çəlik və ya cınqrak, ya da Yer — Səma xətti: Cənnət və Yeri ayıran xətt.

3. Cənnət (Uçmağ). Yaxşı insanlar öldükdən sonra getdikləri məkan. Bu günkü anlamda cənnət.

4. Yeraltı səltənət, Erlik Xanın söz sahibi olduğu şər səltənəti.

Bu günkü anlamda cəhənnəm.

5. Göy 17 qatdır, qam buraya ancaq qurban və ruh araçılığı ilə çıxa bilər.

Atlar Göy-Tanrı inancında ən mühüm qurbanlıq heyvandır.

Bundan əlavə, atların ruhları şöy səltənətinə aparacağına inanılır.

Bu səbəbdən ölülərin yanında birdən çox at basdırılırdı.

6. Türklər üçün quşlar müqəddəsdir.

Onlara səma səltənəti ilə yer arasında əlaqə yarada bilən canlılar da deyilir.

Bu quşlar qamın köməkçi ruh quşlarıdır. Onların törədildikləri tayfaların ongunlu quşları və ya sunqur quşları olduğu güman edilir.

7. Marallar da Göy-Tanrı inancında müqəddəs varlıqlar sayılır.

O, həm də qamın ən mühüm qurbanlarından biridir. Bu marallar qamı göylərə qaldırsın deyə qoyurlar.

8. Üç xətt ağacın altındadırsa, dağ deməkdir.

Əgər səma səltənətinə yaxındırsa, onun göy qurşağı olduğu güman edilir.

Buradakı üç sətir dağ və onun üstündəki ağac həyat ağacı və ya ulu qayın ağacıdır.

Ana Təbiət. Türklər üçün təbiət müqəddəsdir, təbiətin də bir ruhu olduğuna inanılır.

9. Burada insanların sayı 6, 7, 8, 9 ola bilər. Bunlar da qama köməkçi ruhlar sayılır.

Bu rəqəmdəki kimi 7 nəfər varsa, Tanrı Bay-Ülgenin qızlarıdır.

Göy-Tanrı inancında bu qızların da pəri olduğuna inanılır. Ona görə də bu insanlar qamın səmaya çatmasına kömək edəcək ruhlardır.

Bu bilgiləri Türk-Turan Birliyi ölkələri vətandaşları bilməlidir. Türklər üçün birlik və həmrəylik çox önəmlidir.

Hansı dövrdə türk və Turani toplumlar birləşəndə, böyük dövlətlər, böyük imperiyalar yaratmış, birləşən tayfalar yüksək sivilizasiyalar qurmuşlar. Bu simvol birliyin vacibliyinə diqqət çəkir.

10. Göy aləmi Bay-Ülgenin yaşadığı cənnət səltənətidir. Burada Ay, Günəş və ulduzlar var.

Bunu müxtəlif mənbələrdə, şəkillərdə və sənədli filmlərdə hər zaman görürük, qam (şaman) qavalı adlanan minlərcə illik bu alət az qala Türk Tarixi ilə iç-içə olan bir işarətdir.

Mənbə: Mətin ÖZ, «Türk Kültür Tarihinde Ekolojik İzler, 2017, s.32-34”

Bu xəbəri paylaşın: