Füzuli rayonu veteranları Anım tədbirində iştirak ediblər

Füzuli rayonunda yaşayan müharibə veteranları 27 Sentyabr Anım Günü tədbirlərində iştirak ediblər. Şəhid məzarları ziyarət olunub, məzarlar üzərinə gül qoyulub və onların ruhuna dualar oxunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov məlumat verib.

Səməd Əbilov bildirdi ki, bu gün respublikamızın hər yerində olduğu kimi Füzuli rayonunda da anılıb. Məhz bu qəhrəmanların sayəsində Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, diqqətəlayiq isə budur ki, ədaləti özümüz bərpa etdik. Bu gün hər birimiz şəhidlərimizi rəhmətlə anmalıyıq.

Allah onlara rəhmət eləsin!

Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Füzuli

Bu xəbəri paylaşın: