Cəbrayıl rayonunda yaşayan müharibə veteranları 27 Sentyabr Anım Günü tədbirlərində iştirak ediblər. Şəhid məzarları ziyarət olunub, məzarlar üzərinə gül qoyulub və onların ruhuna dualar oxunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Cəbrayıl rayon şöbəsinin sədri Rasim Paşayev məlumat verib.
Rasim Paşayev bildirdi ki, bu gün tariximizin şanlı səhifəsinin yazıldığı gündür. Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Bu gün qazanılmış qələbəyə görə hər birimiz şəhidlərimizi rəhmətlə anmalıyıq.
Allah onlara rəhmət eləsin!

