Xankəndi şəhər və Xocalı rayonundan olan müharibə veteranları 27 Sentyabr Anım Günü tədbirlərində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xankəndi şəhər və Xocalı rayon şöbəsinin sədri Ramiz Ağayev məlumat verib.
Müharibə veteranları bu gün N. Gəncəvi adına 4 nömrəli Xankəndi şəhər tam orta məktəbinin direktoru Cəmilə xanım şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edib. Daha sonra Cəmilə xanım çıxış edərək qazanılmış qələbənin əhəmiyyətindən danışdı.
Ramiz Ağayev bildirdi ki, 27 Sentyabr şəhidlərimizin Anım günüdür. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bu gün qazanılmış qələbəyə görə hər birimiz şəhidlərimizə və döyüşçülərə borcluyuq. Onları rəhmətlə anmalıyıq.
Allah onlara rəhmət eləsin!
Fədai.az

