Suraxanıda Anım tədbirləri keçirilib

Suraxanı rayonunda yaşayan müharibə veteranları 27 Sentyabr Anım Günü tədbirlərində iştirak ediblər. Şəhid məzarları ziyarət olunub, məzarlar üzərinə gül qoyulub və onların ruhuna dualar oxunub.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov məlumat verib.

Eldar Rüstəmov qeyd etdi ki, ölkəmiz var olduqca şəhidlərimiz unudulmamalıdır. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Ordusu azğın düşmənin layiqli cavabını verməyə başladı. 30 ilə yaxın vətən həsrəti, intiqam hissi ilə alovlanıb yanan xalqımız öz torpaqlarının azadlığı uğrunda yeddidən yetmişə kimi həmrəy olaraq vətən uğrunda mübarizəyə atıldılar. Tarixi ədaləti bərpa etmək üçün savaşan xalqımız və ordumuz 44 gün ərzində düşməni bütün sərhədlərimizdən qovub çıxardı. 30 il sürən “ikili standartlar”, “erməni havadarlığı” və “xristian təəsübkeşliyi” fiaksoya uğradı. Çünki bu bizim haqq savaşımız idi. Biz bu savaşdan qalib çıxmalıydıq və şəhidlərimiz, veteranlarımız sayəsində bunu bacardıq.

Allah şəhidlərimizə rəhmət eləsin!

Fədai.az

Bu xəbəri paylaşın: