Masallı rayonu Ərkivan qəsəbəsində 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq tədbir keçirilib.
TədbirdəİH Ərkivan qəsəbəsi ərazi nümayəndəsi Əhməd Əhmədov, müavin Vətən müharibəsi veteranıElmir Əliyev, məktəb direktorları, məktəb direktorları və kənd sakinləri iştirak ediblər. Şəhid məzarları ziyarət edilib və ruhlarına dualar oxunub.



Masallıda daha bir məktəbdə də şəhidlərin əziz xatirəsi yad edilib.
Tədbiri giriş sözü ilə məktəbin direktor müavini Rahid Məmmədov açaraq şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etdi.
Sonra Vətən müharibəsində sücaət göstərən şəhidlərimiz haqqında danışanlar müəllimlərə və şagirdlərə ətraflı məlumat verdilər.


AVMVİB Masallı rayon şöbəsinin sədr müavini Samir Əkbərov və məktəbin Çağırışaqədərki hazırlıq rəhbəri Rafiq Abbasov anım günü ilə əlaqədər siniflərdə oldular.
Məktəbin şəhid Araz Seyfullayev adına III «a» sinif şagirdləri sinif rəhbəri Ülviyyə Abbasovanın təşkilatçılığı ilə ədəbi-bədii kompazisiya hazırlamışdı. Kompazisiyada şəhidlərimiz haqqında səhnəyə çıxanlar şeirlərlə çıxış etdilər. Sonda şagirdlər Qarabağ Azərbaycandır! Şəhidlər ölməz! şüarları səsləndirdilər.
*****************
Masallı rayon Xıl kənd orta məktəbində keçirilən tədbirdə 27 Sentyabr Anım Günü şəhidlərimiz anılıb.
Bu barədə Azərbaycan Vətən müharibəsi Veteranlari İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin təşkilatı işlər üzrə müavini Samir Əkbərov məlumat verib.



Bildirib ki, tədbirdə Xıl kəndinin İH Ərazi nümayəndəsi Sənan Sadiqov, kənd məktəbinin drektoru Xalid Tağıyev, direktor müavinləri Əli Baxışov və Vətən müharibəsi veteranı Samran Məmmədov iştirak edib.
Tədbirdə qeyd edilib ki, Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olundu. 44 gün davam edən II Qarabağ Müharibəsində şanlı Azərbaycan Ordusu, bütövlükdə dövlətimiz, xalqımız tarixi Zəfər qazandı. Bu yolda şəhid olanlara Allahdan rəhmət dilədilər.
Allah şəhidlərimizə rəhmət eləsin!


