Ötən gecə ruslar İranın kamikadze pilotsuz təyyarələri ilə Belaya Tserkov şəhərinə hücum zamanı İran istehsalı olan 11 PUA vurulub. İran faktı təkzib edərək Rusiyaya silah satmadığını deyib. Amma araşdırmalarda İran PUA-larında ABŞ çiplərindən istifadə edilməsi üzə çıxıb və ABŞ çip satışına embarqo qoyulacağını bəyan edib.
Görünən odur ki, İran PUA-ları bu savaşda özünü əsil «sığırçın» kimi göstərib. Göründüyü hər yerdə məhv edilib.
Prezident Vladimir Zelenski isə əmindir ki, heç bir silah, o cümlədən İran «Şahid» pilotsuz təyyarələri işğalçılara müharibədə qalib gəlməyə kömək etməyəcək və o, axşam videomüraciətində rus dilində danışıb.
Zelenski deyib: “Siz (işğalçılar – red.) dünyanın başqa bir yerindən “rus dünyanız” üçün eyni “təbii” ada malik İranın “Şahidləri” ilə başqa silah tapsanız belə, məsələn, Belaya Tserkov kimi şəhərlərimizi bombalamağa çalışırsınız… Onsuz da sizə kömək etməyəcək. Artıq uduzmusunuz”.
Prezident vurğulayıb ki, ukraynalılar öz torpaqlarındadırlar və özlərini haqlı hiss edirlər, eyni zamanda Rusiya cəmiyyətində “özünü məhv etməyə” aparan proseslər gedir.
«Ukraynalılar nə üçün mübarizə apardıqlarını bilirlər. Getdikcə daha çox Rusiya vətəndaşı anlayır ki, sadəcə bir nəfər müharibəni bitirmək istəmədiyi üçün ölməlidirlər. Kimin qalib gələcəyi aydındır», — Zelenski vurğulayıb.
Ötən gecə ruslar İranın kamikadze pilotsuz təyyarələri ilə Belaya Tserkov şəhərinə hücum edib.