5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətiylə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsi şəhid Fəqan Həmidov adına Qapanlı kənd tam orta məktəbində olublar.
Veteranlarımız ilk öncə Qapanlı kəndində şəhidlərin adına ucaldılmış kompleksin ziyarət ediblər. Məktəbin müəllim kollektivi ilə görüş təşkil keçirilib.



Tədbiri məktəbin direktoru Əliyeva Fitat Həsənəli qızı açıq elan etdi. Vətən uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Tərtər rayon şöbəsinin sədri Çingiz İsayev məlumat verib.
Çingiz İsayev qeyd edib ki, AVMVİB Tərtər rayon şöbəsinin sədri kimi 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə AVMVİB sədri Füzuli Rzaquluyev adından müəllimləri təbrik edərək məktəbin direktoru Fitat Həsənəli qızı Əliyevanı Fəxri Fərmanla təltif edib.



Tədbirdə məktəbin ədəbiyyat müəllimi Nailə Əliyeva, AVMVİB Tərtər rayon şöbəsinin təşkilatı işlər üzrə müavini Fərman Vəliyev, şöbə müdiri Mahmud Mehdiyev və 44 günlük Vətən müharibəsinin iştirakçıları üzrə sədr müavini Elçin Yusibov çıxış etdilər.
Məktəbin direktoru Fitat Əliyeva tədbirin sonunda AVMVİB rəhbərliyinə qayğı və diqqətə görə öz adından və müəllimlər adından minətdarlığını bildirib.
Təbrik edirik!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir