Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvü olan müharibə veteranları və şəhidin yaxınları şəhid Kənan Cavid oğlu Muradovun Anım günündə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.

Aydın Abdullayev bildirib ki, şəhid Kənan Cavid oğlu Muradov 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindəndir. Biz şəhidlərimizi unutmamalıyıq. Onların xatirələrini daim əziz tutmalıyıq.
Anım günü münasibətiylə şəhid məzarı ziyarət edilmiş, gül qoyulmuş və ruhuna dualar oxunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim