Erməni mətbuatının yazdığına görə, Azərbaycan Paşinyana tələb irəli sürüb:
— Sülh müqaviləsi Ermənistanın təslim olduğu gün — noyabrın 9-da imzalanmalıdır!
Erməni mətbuat orqanı «MediaHub»un diplomatik mənbəsinin məlumatına görə, bu tələb hələ avqust ayında Paşinyana təqdim edilib. Paşinyan isə Rusiya rəhbərliyindən İlham İlham Əliyevi həmin gün müqaviləni imzalamaq niyyətindən əl çəkməyə inandırmağı xahiş edib.
Mənbənin bildirdiyinə görə, nəhayət ki, Ermənistan hakimiyyəti müqavilənin noyabrın sonuna kimi imzalanacağına razılıq əldə etdiyini bildirib, lakin Azərbaycan tərəfin Paşinyanın xahişi ilə razılaşıb-razılaşmaması bəlli deyil.
Ermənilər dünən Azərbaycanın Praqada açıq şəkildə elan edilmiş bütün tələblərini qəbul ediblər.
İsmayıl Tanrıverdi