Xankəndində nə baş verir?  Beqlaryanın müqəddərat «problemi»

Xankəndidə iki cüt bir tək erməni yığnağının mitinqi başlayıb.

Bu barədə Qarabağda separatçıların qondarma “parlamentinin deputatı” Metakse Akopyan deyib. O, Qarabağın “müdafiəsi hərəkatına” start verildiyini bildirib.

Onun sözlərinə görə, Qarabağ xalqı Paşinyana qarşıdır və hər şey xalqdan asılıdır, insanlar öz evlərini, yerlərini, vətənlərini qorumaq üçün sadəcə olaraq Nikola və beynəlxalq ictimaiyyətə qarşı çıxa bilərlər.

“Biz beynəlxalq ictimaiyyətdən siqnal almamışıq. Nikoldan eşitdiyimiz odur ki, beynəlxalq ictimaiyyət bu və ya digərini tələb edir. Biz qəzəblənirik və düşünürəm ki, buna qarşı mübarizə aparmaq çətin olacaq, insanlar öz evlərini müdafiə edirlər”, – o deyib.

Meydana toplaşan etirazçılar Araik Arutyunyana bayıra çıxıb onların suallarını cavablandırmaq üçün 30 dəqiqə vaxt veriblər, əks halda təsirli tədbirlər görəcəkləri barədə xəbərdarlıq ediblər. Etirazçılar digər məmurların izahatına ehtiyac duymadıqlarını, onların narahatlığına Arutyunyanın şəxsən cavab verməli olduğunu deyiblər.

A.Arutyunyanın “iqamətgahı”nın yaxınlığında xeyli sayda “polis əməkdaşı” toplaşıb.

Bundan əvvəl də erməni mediası Xankəndi “şəhər əhalisi”nin meydanda kortəbii aksiya keçirdiyi haqda xəbər yaymışdı.

Qarabağdakı qondarma qurumun qondarma “dövlət naziri” Artak Beqlaryan deyib: “Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun alternativi yoxdur”.

Beqlaryan bir az da irəli gedərək sarsaqlayıb: “Əgər Əliyev hesab edirsə ki, Qarabağın yerli erməni xalqının Qarabağdan başqa yaşayış yeri var, o zaman yanılır.

Bütün çətinliklərə, çağırışlara və təhdidlərə baxmayaraq, biz vətənimizdə azad, müstəqil və təhlükəsiz yaşamaq uğrunda mübarizəmizi davam etdirəcəyik. Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun alternativi yoxdur. Ərazi bütövlüyünün süni üstünlüyünü təmin etmək üçün gücdən istifadə və güc tətbiqi hədəsi qəbuledilməzdir”.

ATMACA: Alternativ var, Beqlaryan! Buradan Beqlaryanın simasında «müqəddaratı təyinetmə» adlı erməni axmaqlığına veriləsi iki cavabımız var: Ya qalıb insanların içində adam olmaq müqəddaratı və ya da rədd olub getmə müqəddaratı. Di seç, Beqlaryan!

Bu xəbəri paylaşın: