Krım körpüsündə partlayan yük maşınının sahibi danışdı

Krım körpüsündə partlayan yük maşınının sahibi videomüraciət edib. 

Bu barədə Konkret.az-da partlayan yük maşınının sahibi Samir Yusubovun video müraciəti yayılıb. Onun sözlərinə görə, körpüdəki partlayışla heç bir əlaqəsi yoxdur.

Samir yük maşınının onun adına olduğunu, əslində isə onu atasının əmisi oğlu Mahir Yusubovun işlətdiyini etiraf edib.

Onun sözlərinə görə, əmisi ATİ yük birjasının saytında malların çatdırılması üçün sifarişlər götürüb.

Bundan əvvəl bildirilib ki, qohumları videodan yük maşını Mahir Yusubovun idarə etdiyini müəyyən ediblər.

Qeyd edək ki, Samir Yusubovun dəqiq olmasa da, milliyətcə azərbaycanlı olduğu bildirilir.

Başqa bir mənbədə isə Krım körpüsündə partlayan yük maşınının sürücüsü internet vasitəsilə gübrə daşımaq təklifi alıb.

Bu barədə rus mediası məlumat yayıb.

Bildirilib ki, sürücü kor-koranə istifadə olunub. Onun planlaşdırılan partlayışdan xəbəri olmayıb.

Qeyd edək ki, yük maşınının sahibi 1996-cı il təvəllüdlü Samir Seymur oğlu Yusubov videomüraciət yayıb. O bildirib ki, yük maşını onun adına qeydiyyatda olsa da, həmin avtomobillə əmisi Mahir Nəsib oğlu Yusubov işləyir. O, bütün həyatı boyu yük daşınması ilə məşğul olub.

Bu xəbəri paylaşın: