AVMVİB Yardımlı rayon şöbəsi şəhidlərimizi ziyarət edib

Yardımlı rayonunda 4 şəhidin məzarı ziyarət edilib. Şəhidlərdən 2 nəfəri Birinci Qarabağ müharibəsi şəhidi, 2 nəfəri isə 44 günlük Vətən müharibəsi səhididir.

Yardımlı rayonunun Koryədi kəndində 44 günlük Vətən müharibəsi şəhidi Alışanlı Amalın və Dəlləkli kəndində xüsusi təyinatlı şəhid Zahirli Zahidin şəhadətə yüksəlmələrinin 2-ci ildönümü ilə əlaqədər məzarları ziyarət edildi.

Həm də rayonun Dəlləkli kəndində birinci Qarabağ müharibəsi şəhidləri İmanov Mahirin və Ziyadov Familin də məzarları ziyarət edilib.

Tədbirdə şəhid ataları, kənd sakinləri, rayon ziyalıları, təhsil işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları və AVMVİB Yardımlı şöbəsinin üzvləri və sədri iştirak etmişlər.

Şəhidlərin məzarları üzərində dualar oxunmuşdur.

Tədbirdə 44 günlük Vətən müharibəsindən və şəhidlərimizin keçdiyi döyüş yolları barədə çıxışlar olmuşdur.

Allah bütün şəhidlərimizi rəhmət eləsin!

Mayılxan Əliyev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Yardımlı rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: