Beyləqanda şəhidlərin Anım günü mərasimi keçirilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları şəhidlərimizlə bağlı Anım tədbirləri keçiriblər.

Müharibə veteranları Beyləqan rayonu Alnəzərli kəndinin şəhid övladı Səbuhi Teyyub oğlu Əliyevin Anım günü və rayonun Dünyamalılar kəndindən olan şəhid Səxavət Sabir oğlu İsmayılovun xatirəsinə ailəsinin tikdiyi Xatirə Bulağının açılışı və onun Anım tədbirində iştirak etmişlər.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov çıxış edərək AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailələrinə başsağlığı verib. Çıxış edənlər şəhidlərimizin heç zaman unudulmayacağını və müharibə veteranlarının yorulmadan bu istiqamətdə iş apardıqlarını qeyd ediblər. Bildirdilər ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. 

Mərasimdə kənd sakinləri, şəhidlərin yaxınları, müharibə veteranları və məktblilər iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!


Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir

Bu xəbəri paylaşın: