Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsinin üzvləri olan müharibə veteranları şəhid Araz Seyfullayevin ildönümündə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati məsələlər üzrə müavini Samir Əkbərov məlumat verib.



Samir Əkbərov bildirib ki, tədbirdə məktəb direktorunun müavini Rahid Məmmədov, şəhid ailəsi Cabir İbadov, məktəblilər və müharibə veteranları şəhid məzarını ziyarət ediblər.
Şəhid Araz Seyfullayevin ildönümündə iştirak edənlər məzr üzərinə gül qoyub şəhidin ruhuna dualar ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
N. Məmmədli




