Masallı rayon Xıl kəndində Milli Qəhrəman Elşad Hüseynovun xatirəsinə inşa edilmiş Şəhid Bulağının açılışı olub.
Tədbirdə Masallı rayon İcra Hakimiyyəti Başçısı Araz Əhmədov, İcra Hakimiyyəti Başçısının muavinləri Adəm Məhərrəmov, Aybəniz Qafarova, YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, İra Hakimiyyətinin Ərazi numayəndəsi, bələdiyyə sədri , məktəb direktoru, AVMİB Xıl kənd ərazisi üzrə özək sədri Samran Məmmədov, şəhidin yaxınları və ictimayyət nünayəndələri istirak etmişlər.
Çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Xıl kəndinin şəhidlərindən söhbət açıb. Qeyd olunub ki, Xıl kəndi Birinci Qarabağ müharibəsində və Vətən müharibəsində şəhidlər verib. Onların doğulub boya-başa çatdıqları kənddə xatirələrinə ucaldılmış bu abidə kompleksi şəhidlərimizə göstərilən böyük ehtiramın təcəssümüdür.


Rayon rəhbəri Araz Əhmədov 44 günlük müharibə dövründə Vətən uğrunda canından keçmiş Masalılı şəhidlərdən də söhbət açıb, onların qısa, lakin şərəfli və örnək olan həyat yolundan danışıb. Bildirib ki, şərəfli döyüş yolu keçən, torpaqlarımızın işğaldan azad edilməsi naminə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi xalqımız tərəfindən, Masallı camaatı arasında daim uca tutulur, ehtiramla anılır. İcra başçısı vurğulayıb ki, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, 30 il işğal altında olan Vətən torpaqları erməni faşizmindən birdəfəlik azad edilib. Xalq-iqtidar-ordu birliyi bizə Qələbə sevincini yaşadıb, Zəfər Gününü Azərbaycan tarixinə yazıb.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Masallı rayon şöbəsi sədrinin təşkilati işlər üzrə müavini Samir Əkbərov məlumat verib.


Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseyovun qızı Aytən Hüseynova, «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medallı şəhid Elgün Mikayıllının atası Aqil Nağıyev, Viləş kəndindən Nurlan və İntiqam Əsgərli qardaşlarının anası Ziba Əsgərova, Milli Qəhrəman Elşad Hüseyovun qardaşı Əliqadir Eynullayev və başqaları şəhidlərin qısa, şərəfli həyat yolundan, onların Vətən uğrunda göstərdikləri igidliklərindən, 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, tarix yazan Ordumuzdan, bu gün dövlət sərhədində Ermənistan tərəfindən törədilən təxribatlardan, düşmənə verilən layiqli cavabdan, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan söz açıblar.


Tədbirin sonunda məktəblilər Vətənə, şəhidlərimizə həsr olunmuş şeirlər, şair Tahir Heydərlinin Milli Qəhrəman Elşad Hüseynova həsr etdiyi «Vətən oğlu» adlı poemasından parçalar söyləyiblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir
