İNDİ «NÖVBƏ » RUSLARINDIR

ELBARİZ MƏMMƏDLİ

Bu onların xarakterindən, insanlığa münasibətindən, dünyaya ağalıq niyyətlərindən doğan bir cinayətdir. Dünyanın yarısını məhz bu varvarıığın və qaniçənliyin hesabına zəbt edib, bəşəriyyətə əbədi düşmən kəsiliblər. Döyüş meydanındakı qarşıdurmaya təpərləri yetməyəndə, torpağın üstündə canlı nə varsa, hamısını məhv etmək yolunu tutublar. Oktyabr ayının 10-da bütün Ukrayna boyu raket yağışı yağdırılması, günahsız insanların öldürülməsi, hətta humanitar addıma belə atəşlə cavab verilməsi rus donuzunun nə qədər insanlıqdan uzaq olmasının göstəricisidir. Bizdə bəzi ağzıgöyçəklər Rusiyanı müdafiə etmək üçün Zelenskini günahlandırmaq variantından yapışıblar.

Yəni, bir yəhudi ölkəni ruslardan uzaqlaşdırıb Qərb və NATO yolunu tutmasaydı, müharibə baş verməzdi. Yaxşı, indiki faşist rejiminin sələfi olan sovetləri Varşava Müqaviləsi ölkələrinə, Əfqanıstana, Suriyaya, İraqa və.s ölkələrə də yəhudilərmi çağırmışdı? Hələ onların Avropada yüz minlərlə qadını vəhşicəsinə zorladığını demirik.

Son illərdə Rusiyanın siyasi dəst-xəttini, informasiya və təbliğat hərəkətlərini ardıcıl izləyənlər, anlayırdılar ki, hərbi və iqtisadi baxımdan böyük irəliləyişlərə nail ola bilməyən ruslar təhlükələrdən yayınmaq üçün münaqişələr yaradır, xalqları və dövlətləri bir-birinə qarşı qaldırır, bütün qanlı hadisələrin memarı rolunu oynayırdı. ( Eynilə ABŞ da bu yolu tutub) İndi NATO-nu bəhanə edib, Ukraynanı müharibə cinayətləri ilə boğmaq, rus varlığının ən yaxşı görünən tərəfidir. Sadəcə, içimizdə yaşayıb həmin cinayətlərə haqq qazandıranlar, belə çıxır ki, Gəncəyə, Bərdəyə, Mingəçevirə, Bakıya atılan raketlərə də haqq qazandırırlar. Xocalıda, Malıbəylidə, Ağdabanda, onlarla yaşayış məskənində ermənilərlə birgə törətdikləri qətliamlara da. Bunun ayrı cür yozumu yoxdur.

O ki, qaldı Qərbin və Amerikanın astagəlliyinə, görünür onlar Putlerin ağıllanacağına və daha ağır cinayətlərdən çəkinəcəyinə inanır, nüvə təhlükəsi sarıdan bir az da ehtiyatlı davranırdılar. Bu gün baş verənlər bütün gümanları alt-üst elədi. Deməli, Ukrayna tam işğal olunacaqsa, Avropaya rahat həyat yoxdur.Putler tarana gedir və onu durdurmağın ən yaxşı yolu savaşın Rusiyanın içərilərinə yayılmasından keçir. O zaman qorxu və vahimə içində saxlanan rus cəmiyyəti də müharibə əleyhinə hərəkətlənməyə qalxacaqdır. Yəqin ki, belə də olacaqdır. Çünki Ukrayna xalqı yenilgiyi həzm edən xalqlardan deyil və onu ram etmək mümkün görünmür.

Hələ müharibə başlanmazdan bir ay əvvəl olaylara belə münasibət bildirmişdik ki, Putlerin məğlubiyyətdən başqa variantı qalmayıb. Ən pis halda o, Ukraynaya hücum edib, öz zora söykənən imicini qorumaq əvəzinə, ölkəsini də məğlub duruma salacaq. Bu artıq baş verib. Rusiya və onun hərbi-siyasi Xuntası son variantlara əl atır. Günahsızların qanını tökür, ocaqları söndürür, yurdları xarabaya çevirir. İndi növbə özlərinə çatıb. Hər halda ukraynanın vətənpərvər xalqı buna borclu qalmayacaq. Rus balaları günahsız qana bələnən Ukrayna körpələrindən heç də artıq deyil. Əlbəttə ki, normal düşüncəyə malik olan heç bir kəs hadisələrin belə müstəviyə yönəlməsini istəməzdi. Amma ruslar hamını bu hərəkətlərə üstünlük verməyə təhrik edirlər. Düşmən ermənilərlə onları birləşdirən də məhz belə antiinsani keyfiyyətlərdir. SLAVA UKRAİNE!

P.S. Yeri gəlmişkən, rusların bir əli də Qarabağda «iş»ini görür. Xankəndidə daşnakların mitinqi keçirilir, rus pasportları paylandığı xəbəri yayılır və düşmən yenidən səfərbər olunmağa başlayır. Bu dəfə nə etmək lazım olduğunu Vətən oğulları yaxşı bilirlər.

Bu xəbəri paylaşın: