Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin üzvləri olan müharibə veteranları Beyləqan rayonunda qəhrəman şəhid Toğrul Ramil oğlu Atakişiyevin adının əbədiləşdirilməsi məqsədiylə atası tərəfindən tikilmiş Abidə Şəhid Bulağı kompleksinin açılış mərasimində iştirak ediblər.
Açılış mərasimində Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayev, İH nümayəndələri, kənd sakinləri, şəhidlərin yaxınları, müharibə veteranları və məktəblilər iştirak ediblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhid ailəsinə başsağlığı verdi.
Çıxış edənlər şəhidlərimizin heç zaman unudulmayacağını qeyd ediblər. Bildirdilər ki, şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə xüsusi müxbir, Beyləqan



