Türkiyə Liviyada tarix yazdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Prezidentinin müavini Fuad Oqtay Türkiyənin Liviyada tarix yazdığını deyib.

O bildirib ki, Liviya Milli Razılıq Hökumətinə qarşı aparılan oyunlar Türkiyə tərəfindən məhv edilib:

“Bu günə kimi ortaya hər hansı bir həll variantını qoymayanlar Liviya hökuməti tərəfindən şəhərlərin bir-bir geri alınmasından sonra hərəkətə keçdilər. Hamı bunu bilməlidir: Liviyada sülhün gələcəyi beynəlxalq hüquqa uyğun təyin ediləcək. Burada sülh və sabitlik təmin olunana qədər Liviya xalqının yanında olacağıq”.

Qeyd edək ki, Liviya hökumətinin Haftara qarşı uğur əldə etməsində Türkiyə PUA-larının rolu böyükdür.

Bu xəbəri paylaşın: