TƏBRİK: AZƏR TALIBOV — 51

İnsan üçün ən yaddaqalan tarixlərdən biri onun doğum günüdür. Belə insanlardan  biridə peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, işgüzarlığı və mənəvi keyfiyyəti ilə secilən ehtiyatda olan kapitan Talıbov Azər  Qiyas oğludur.  Noyabr ayının 13-də onun 51 yaşı tamam olur.

Daımı həyatın bütün imtahanlarından alnıacıq və üzüağ cıxan ehtiyatda olan kapitan Talıbov Azər Qiyas oğlunu doğum günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB ) rəhbərliyi səmimi qəlbdən təbrik edir,ona həyatda insan ucun ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib — tükənməyən naliyyətlər arzulayır. Arzu edirik ki, Azərin yaşının üstə gələn bu yaş, ona sevinc  dolu illər bəxş etsin və hər yeni günü isə onu istəklərinə qovuşduraraq daha da xoşbəxt etsin.

Talıbov Azər Qiyas oğlu 1971- ci ilın noyabr ayının 13-də Bakı şəhərində ziyalı ailəsində  anadan olub.

O, Bakıı şəhəri üzrə Təhsil İdarəsinin  Yasamalı rayonun 56 saylı tam orta məktəbi,  Azərbaycan İnşaat Mühəndislər  institutunu, Daxili İşlər Nazirliyi Daxili Qoşunların Zabitlərin  ixtisas artırma kursunu bitrib. Azər Talıbov  Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş İdarəsində və hərbi hissələrində kecirlən bir cox metodiki-  təlim  toplanışlarda, xüsusi- taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak edib.

 1994- 2007 ci ilərdə  Daxili Qoşunların Baş İdarəsinin Lənkəran,  Hacqabul, Nərimanov və  Quba rayonlarında yerləşən hərbi hissələrində böluk komandirinin tərbiyəvi işlər üzrə müavini,    Döyüş Hazırlığı bölməsındə döyüş təlimi üzrə zabit, Tərbiyə bölməsinin rəisi vəzifələrində Vətənə Dövlətə və xalqa sədaqətlə  xidmət edib.

 Azər Qiyas  oğlu  Talıbov  2008 — 2013 — ci İllərdə  Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətin Avasiya Təhlükəsizlik  Baş İdarəsində  şöbə rəisi calışıb. Hal — hazırda  Bakı şəhər İcra Hakimiyyətində işləyir.

Hərbi yoldaşları onu  vətənpərvər, qoruxmaz, saxavətli,  insanpərvər, əliacıq və zəhmətkeş zabit kimi  dəyərləndirirlər. O, istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istər xidmət etdiyi və çalışdığı mühitdə,  istərsə də  dost — tanış , qohum — əqraba  arasında özünə böyük hörmət qazanıb.

Azərbaycan Respublikasında ictimai qaydanın qorunmasında  , ictimai təhlükəsizliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə, baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, Fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində eləcədə   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.

 Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsində, Hərbi Andın,  Hərbi və Daxili Qoşunların Döyüş Xidməti Nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir.

 Xidməti vəzifə borclarının yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına  və xidmətdə  fəriqləndiyinə  görə  Azərbaycan Respublikasının Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Hərbi hissə komandirlərinin, Azərbaycan Hava Yolları Aviasiya  Qapalı Səhmdar Cəmiyyətin Avasiya  Təhlükəsizlik Baş İdarə rəisinin  müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif olunub, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN AZƏR BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

 HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

 Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin huquqi məsələlər üzrə müavini   polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: