“Təhlükə yaranarsa, Türkiyə Rusiya istehsalı olan S-400 zenit-raket kompleksindən istifadə etməyə hazırdır”.
NTV xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib:
“S-400 sistemi istifadəyə hazırdır. Hər hansı təhlükə yaranarsa, ondan harada və necə istifadə edəcəyimizə qərar verəcəyik”.
Xatırladaq ki, Türkiyə Rusiyadan 2,5 milyard dollar dəyərində 4 ədəd S-400 hava hücumundan müdafiə sistemi alıb və 2019-cu ildə təhvil verilib. Bundan qısa müddət sonra Türkiyə beşinci nəsil F-35 qırıcı-bombardmançı proqramından çıxarılıb.
Mənbə: Qafqaz.media