«Ermənistanla Azərbaycan arasındakı münaqişə KTMT-nin yurisdiksiyasına daxil deyil» — deputat Kosaçev

Ermənistanla Azərbaycan arasında münaqişə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yurisdiksiyasına daxil deyil.

“Armenpress” xəbər verir ki, bunu “Arqumentı и фактı” qəzetinə müsahibəsində diplomat, RF Federal Məclisi Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev jurnalistin ən çox KTMT və Rusiya ilə bağlı sualını cavablandırarkən deyib.

“Sülh yolu ilə nizamlanma mövqeyi tutmaq və onu dəstəkləmək lazımdır ki, həmin nizamlanmanın şərtləri bütün tərəflər üçün məqbul olsun”, — deyə Kosaçev bildirib.

Erməni mətbuatından — İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: