Hər kəs həyatda ömür paynı yaşayır. Xoşbəxt o,insandır ki,adı, ünvanı el, işlədiyi kollektiv arasında hörmətlə çəkilir, bircə dəfə verilən ömrü elə yaşayır ki,el sevgisi qazanır,xalqın,işlədiyi (xidmət etdiyi) kollektivin istəklisinə çevrilir,hamı böyüklü- kiçikli onun xətir hörmətni saxlayır. Həmin insanların ömürlərindən çoxlarının ömürünə işiq düşür.Birdə ki,ömur o vaxt qiymətli və dəyərli olur ki, o mənalı yaşanır. Həmin ömur insanlıqda xidmətə yönəldilir, bəşəriyyətə, ailəyə, cəmiyyətə xidmət edir.
Belə ömür yaşayan insanlardan biri də, alicənablığı, yüksək peşəkarlığı, humanistliyi, dəqiqliyi, təmkinliyi, sadəliyi, səmimiyyəti, vətənpərvərliyi, idarəçilik qabiliyyəti, təvazökarlığı, işgüzarlığı və mənəvi keyfiyyətilə ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 20 ildən cox şərəfli xidmət yolunu 2 -ilini Sovet ordusunda hərbi xidmətdə, 18 ilini isə, Daxili işlər Nazirliyinin Dövlət Yanğın Təhlükəsizliyi İdarəsində və DİN-in Daxili Qoşunlarında müxtəlif vəzifələrdə kecirmiş müharibə veteranı, istefada olan mayor Cəlilov Qədir Heydər oğlunun noyabr ayının 23-də 70 yaşı tamam olur.
Daimi həyatın bütün imtahanlarından alnıaçıq və üzüağ cıxan istefada olan mayor Cəlilov Qədir Heydər oğlunun noyabr ayının 23- də anadan olmasının 70-illik yubiley günü münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, həyat yollarinda bitib — tükənməyən nailiyyətlər arzulayır.



Arzu edirik ki, Qədir Cəlilovun yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin, hər yeni ili isə ötən illərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.
Zəngin iş təcrübəsi və peşəkarlığı ilə öhtəsinə düsən vəzifələri və ona həvalə olunan çoxşaxəli işləri həmişə ləyaqətlə yerinə yetirmiş Cəlilov Qədir Heydər oğlu 1952 -ci ilin noyabr ayının 23-də Bakı şəhərində zəhmətkeş ailədə anadan olub.
Hər kəsi özündən incitməyən, xoş rəftarı və şirin dili ilə hər bir kəslə doğmalıq yaradan hörmətli müharibə veteranmız, istefada olan Mayor Qədir Cəlilov 1965-ci ildə Bakı şəhəirndə Musiqi məktəbini, 1969 cu ildə Bakı şəhərində 160 nömrəli orta məktəbi, 1973 -cü ildə Azərbaycan Politexnik İnstitutunu, 1980 – ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Xarkov Yanğın texniki məktəbi bitirib.O,Din-in Dövlət Yanğından Mühafizə İdarəsində və Din-in Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində bir çox metodiki — təlim toplanışlarda, müvafiq kurslarda, xüsusi -taktiki təlimlərdə, seminar və konfranslarda fəal iştirak edib.
İşgüzar,çalışqan, işinə qətiyyətli, mübariz keyfiyyətli Qədir Cəlilov 1976-1994 -ci illərdə Daxili İşlər Nazirliyinin Dövlət Yanğından Mühafizə İdarəsinin Suraxanı rayon şöbəsində yanğından mühafizə üzrə müvəkkil, baş müvəkkil və şöbə rəsinin müavini, Din-in Daxili Qoşunların Baş İdarəsinin Binəqədi rayonunda yerləşən hərbi hissəində Döyüş hazırlığı bölməsındə qoşun xidməti üzrə baş zabit vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edib.
İctimai işlərdə fədakarlıq göstərən,dostlarna, yaxınlarına, qonşularına və həmkarlarına isti münasibətdə olan Qədir Heydər oğlu Cəlilov DİN-in Dövlət Yanğından Mühafizə İdarəsində və Din-in Daxil Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edilməsi, Hərbi andın, “Hərbi və Daxili Qoşunların döyüş xidməti nizamnamələrin” Dövlət Yanğından Mühafizə İdarəsi haqqında müvafiq, əsasnamələrin, təlimatların,əmr və sərancamların dəqiq və sözsüz yerinə yetirilməsi işində bir çox Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarına, Daxili Qoşunların isə hərbi qulluqçularına şəxsi nümunə olmuşdur.
Yorulmaz,xeyirxah İnsan, bu gün əsl vətəndaş mövqeyi ilə secilən Mayor Qədir Heydər oğlu Cəlilov, Dövlət Yanğından Mühafizə İdarəsində və Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində, özünü qorxmaz , insanpərvər, əli açıq, yüksək intellektual səviyyəli bir zabit kimi göstərmişdir. O,istər təhsil aldıgı orta və ali təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi mühitdə, dost — tanış, qohum- əqrəba,qonşu, döyüşcu yoldaşları arasında özünə layiq hörmət qazanmışdır .Qanunvericilik ilə DİN- in Yanğından Mühafizə İdarəsinə və Daxili Qoşunlarına həvalə edilmiş vəzifələrin yerinə yetirilməsində, Azərbaycan respublikasında ictimai asayişin qorunmasında və təhlükəsizliyinin təmin edilməsində, şəhərdə və yaşayış məntəqələrində ( cəzaçəkmə müəssisələrində) baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, fövqalədə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində, baş vermiş təbii fəlakətlərin və yanğın hadisələrin nəticələrinin aradan qaldırılmasında, cinaətkarlığa qarşı mübarizədə, Dövlətin ərazi bütövlüyün təmin edilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhtdəsindən layiqincə gəlmişdir.
Daxili və Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi — döyüş keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə SSRI və Azərbaycan Respublikasının Daxili İşlər Nazirlərinin və onun müavinlərini, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, Xarkov yanğından mühafizə məktəb rəisinin,DİN-in Dövlət Yanğından Mühafizə İdarə rəisinin, və xidmət etdiyi hərbi hissənin Alay komandirinin müvafiq əmrləri ilə bir sıra medalarla, əla xidmətlərə görə döş və yubiley nişanları ilə təltif edilib, fəxri fərmanla, qiymətli hədiyyələrlə, mükafatlandırlıb və ona təşəkkür elan olunub.
YETMİŞ İLLİK YUBİLEY GÜNÜNÜZ MÜBARƏK OLSUN, QƏDİR BƏY!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin hüquqi işlər üzrə müavini polkovnik Salman Musayev

