QAYĞIKEŞ HƏKİMIN ÖMÜR YOLU: CEYHUN ABUZƏROV — 56

Dünyada zehni, fiziki əməklə bağli, bəhrə gətirən bütün peşələr şərəflidir. Lakin insan taleyinə sevinc, ömrünə yeni ömür bəxş edən həkimlik peşəsi ilahı qüdrətli yeganə müqəddəs peşədir. İnsanlar məhz bu,peşə sahiblərinin əllərinin şəfasında ilahın qüvvət və qüdrətini görürlər.


Belə hörmət və sayğıya layiq olan öz yüksək peşəkarlığı və humanistliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, nəzəri və praktiki biliyi ilə, sadəliyi və səmimiyyəti ilə, dəqiqliyi və təmkinliyi ilə, təşkilatçılıq bacarığı ilə ilə seçilən ömrünün ən məhsuldar dövrünün 20-illk şərəfli xidmət yolunun iyirmi üc ilini hərbi xidmətdə, yeddi ilini isə ARTOMED Kilinkasında keçirən ehtiyatda olan tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğlunun 23 noyabr 56 yaşı tamam olur .


Belə bir ələmdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, ehtiyatda olan tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğlunu doğum günü munasbətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib -tükənməyən nailiyyətlər arzulayır.


Arzu edirik ki, Ceyhun həkimin yaşının üstə gələn bu yaş ona sevinc dolu illər bəxş etsin və hər yeni ili isə ötən illərdən daha gözəl, istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Əhatəsində olan insanların,həmkarlarının,iş və döyüşcu yoldaşlarının rəğbətini qazanmış tibb xidməti mayoru Abuzərov Ceyhun Cənnət oğlu 23 noyabr 1966-ci ildə Lacın rayonunun Qarakeçid kəndində dünyaya göz açıb.


Bu gün əsl vətəndaşlıq mövqeyi ilə secilən Ceyhun həkim 1981-ci ildə Laçın rayonun Qarakeçidi kənd orta məktəbinin 8 -ci sinifini, 1983-ci ildə Bakı şəhər 5 nömrəli Kimya-Biologiya təmayüllü orta məktəbi, 1994-ci ildə İsə Azərbaycan Dövlət Tibb Unveristetinin müalicə- profilaktika fakultəsini bitirib.


Heç kəsi özündən incitməyən,xoş rəftarı və şirin dili ilə hər kəslə doğmalıq münasibəti yaradan Abuzərov Ceyhun Cənnət oğlu 1984 -1986 cı ilərdə SSRI Sovet ordusunun Samara şəhərində yerləşən hərbi hissəində müddətli həqiqi hərbi xidmətdə olub. 1994-2015-ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Füzuli, Xətai, Binəqədi və Nərimanov rayonlarında yerləşən hərbi hissələrində hərbi həkim-terapevt, tibb məntəqəsinin rəisi, tibb xidmət rəisi, Daxili Qoşunların hərbi hospitalında isə fizoterapiya şöbəsinin rəisi vəzifələrində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət edmişdir.


İctimai işlərdə fədakarlıq göstərən dostları,yaxınları,iş və xidmət etdiyi hərbi qulluqçularla isti münasibətdə olan Ceyhun həkim 2016 -cı ildən etibarən, ARTOMED Kilink xəstəxanasında peşə fəaliyyətini davam etdirir.


O, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, bir necə dəfə Həkimlərin təkmilləşmə İnstitutunda ixtisaslaşma kurslarında olub, Daxili Qoşunların Bas İdarəsində və hərbi hisələrində keçirilən metodiki -təlim toplanışlarında, xüsusi- taktiki təlimlərdə seminar və konfranslarda fəal iştirak edib.Tabeliyində olan tibb personalının yetişib təkimilləşməsində öz qayğı və baçarığnı əsirgəmiyən Ceyhun həkimin haqqında real, həqiqət olan təmannasız, səmimi fikirləri onun gərgin peşə zəhmətinin və ləyaqətli xidmətlərinin təzahürüdür.


O,Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kımı göstərmişdir. O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.


Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində baş vermiş kütləvi ixtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa, terrorçüluğa və digər təhlükəli cinayətlərə qarşı mübarizədə, qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsində, dövlətin ərazi bütövlüyünün təmin edilməsində, fövqaladə vəziyət zamanı hüquqi rejim tədbirlərinin həyata keçirilməsində üzərinə düsən vəzifə və tapşırıqları məsuliyyət və şərəf hissi ilə yerınə yetirmişdir.


Tibb Xidməti mayoru Ceyhun Cənnət oğlu Abuzərov qorxmaz, insanpərvər, saxavətli, əliaçıq, zəhmətkeş hərbi həkim olmuşdur. O,İstər təhsil aldıgı ali və orta təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış, qohum -əqraba arasında özünə layiq hörmət qazanmışdır.


O,zabitlərlə, gizır və müddətdən artıq xidmət edən hərbi qulluqçularla əsgər və cavuşlarla, sanitar təlimatcılarla öz ixtisası ( tibb hazlığı) üzrə məşğələlərin, məşqlərin, metodiki-təlim toplanışların, marifləndirmə işlərinin kecirilməsi istqamətində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.


Ceyhun həkim, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın və hərbi nizamnamələrin tələblərinin yerinə yetirilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, Vətənə,Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. Hippokrat andı içən Ceyhun həkim, Daxılı Qoşunların Baş idarəsinin Füzuli rayonunda və Bakı şəhərində yerləşən hərbi hissələrdə xidmət ediyi illər ərzində ona, həvala edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gələrək, hər bir hərbi qulluqçunun sağlamlığnın keşiyində əzimlə dayanmışdir.


Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi- döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə eləcədə hərbi vəzifələrinin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığına görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və onun müavinlərinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Hərbı xidmətinin içrası zamanı yüksək mənəvi-döyüs keyfiyyətləri göstərdiyinə, döyüş və ictimai sıyası hazırlığında,hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna, nümnəvi xidmətinə eləcədə hərbi vəzifələrin yerinə yetirilməsinə məsuliyyətlə yanaşdığna görə Daxili iİşlər Nazirin,Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirin və hospital rəisinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubley nisanları ilə təltif olunub,pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.


Xidmətdə fəriqləndiyinə görə O, Azərbaycan Respublikası Prezıdenti adından Daxili İşlər Nazirin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin və hərbi hospital rəisinin müvafiq əmrləri ilə «Qüsursuz Xidmətlərə görə » 1-ci, 2-ci və 3-cü dərəcəli, » Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi, 90-illiyi və 95-iliyi yubley medaları ilə təltif edilib.


Yüksək insani keyfiyyətlərə və kamil həkimlik peşəsinə qadir Ceyhun həkim sağlamlıq bəxş etdiyi insanların ömrundə və şərəfli həkim peşəsinin tarixində yaşayacaq.


DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, CEYHUN HƏKİM!
BİR İL DAHA BİTDİ, AMMA HEÇ VAXT KƏDƏRLƏNMƏ ZAMAN TEZ KEÇİR DEYƏ. UNUTMA Kİ HƏR KƏS EYNİ ŞEYİ YAŞAYIR. BU İLİN SONUNDA GERIYƏ BAXDIĞINDA ÜMÜD EDİRƏM BİR «MÖCÜZƏ İLDİ » DEYƏRSƏN. BÜTTÜN ARZULARLNIN REALAŞMASI DİLƏYİMLƏ. XOŞBƏXT İLLƏRƏ…


Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: