Bu sözləri Taleyran Viktor Hüqoya yazmışdır və əlavə etmişdir:
«1838-ci ilin 17 mayında Taleyran öldü, həkimlər gəlib onu balzamladılar. Bunun üçün onlar misirlilərin ənənələrinə uyğun olaraq içalatını və kəlləsindən beynini çıxardılar. Sonra knyaz Taleyranı mumiyaya çevirib, bu mumiyanı tabuta qoydular. Onlar beyini stolun üstünə qoyub getdilər, o beyini ki, saysız-hesabsız insanları edarə etdi, saysız-hesabsız planlar qurdu, iki inqilabı idarə etdi, 20-dən çox monarxı aldatı, bütün dünyanı itaət etmyə məcbur etdi. Həkimlər gedəndən sonra içəri girən lakey onların nəyi qoyub getdiklərini gördü: «Bir buna baxın! Onlar bunu yaddan çıxardılar. Bunu nə etməli? Birdən yadına düşdü ki, küçədə çirkab suların axdığı ensiz arx var və saraydan çıxıb beyini arxa tulladı».
«Taleyran bütün həyatı boyunca kilsəni, ölümündən əvvəl isə şeytanı aldatdı».
Hiyləgərlik və qeyri-prinsipiallığın simvolu olan Taleyran(1754-1838)öləndə, müasirləri belə demişlər:
«Taleyran öldü. Maraqlıdır, bu ona nə üçün lazım idi?!»
Taleyran İngiltərədə olanda Bukengem sarayında şahzadələrdən biri onu görüb istehza ilə deyir: «Taleyran buradadırsa, demək, kimisə satacaq». Cavabında Taleyran ehtiramla baş əyib söyləyir: «Alan varsa, buyurun»…
1830-cu ildə Fransada İyul inqilabı baş verərkən siyasi intriqalar ustası, Fransanın xarici işlər naziri,daha sonralar isə ilk Baş naziri olmuş Taleyran ahıl yaşlarında xatirələrini yazırmış. Onun Parisdəki otağının pəncərələri küçələrə açılmışdı, top atəşlərinin gurultusu evi silkələyir, şüşələri cingildədirdi. Taleyran katibinə baxıb arxayınlıqla deyir:
– Biz qalib gələcəyik!
– Biz? Biz, yəni kim, cənab? – cavan katib sual və təəccüb dolu baxışlarla Taleyrandan soruşur.
– Sakit, əlavə sual lazım deyil, – deyə sabiq nazir cavab verir.
– Bu sualının cavabını isə sabah verərəm.
(Hikimət Akademiyası)