AVMVİB Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik, Elmar Hüseynovun təşkilatçılığı ilə Nəsimi rayonu Müharibə veteranlarının 2022-ci ilin Yekun iclası keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov açıq elan etdi. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə iştirak edənlərə söz verildi. Vətənpərvərlik mövzusunda çıxışlar olundu və dövlət tərəfindən, əsasəndə Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının Qazi və Veteranlarımıza olan diqqət və qayğıdan söhbət açıldı. Tədbirdə AVMVİB-nin Sədr müavini İslam Səfərov, Binəqədi rayon sədri Mərdan Ələsgərov, Nəsimi rayonu Qadın veteranların şöbə sədri Afaq Sadıxova və Veteranlar iştirak edirdilər.