AVMVİB  sədri Füzuli Rzaquliyev qardaş ölkəyə başsağlığı verdi

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev AVMVİB üzvləri adından Türkiyənin 10 bölgəsində baş verən təbii fəlakətlə bağlı türkiyəli qardaşlarımıza başsağlığı verib.

 Başsağlığında deyilir:

Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə  qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına şəxsən öz və  90 min   Müharibə Veteranı adından dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. Türkiyə xalqının kədəri bizim kədərimizdir.

Uca tanrıdan bütün Türkiyə xalqına güc və səbr diləyirəm!

Bu xəbəri paylaşın: