Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev 6 Fevral 2023-cü il tarixində səhər saatlarında Türkiyə Cümhuriyyətinin cənub-şərqində meydana gələrək çox ciddi dağıntı və itkilərə səbəb olan zəlzələ ilə bağlı veteranları dəstək göstərməyə səsləyib.
Füzuli Rzaquliyev bildirib ki, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərlər bizlələri kədərləndirdi və hər birimiz türkiyəli qardaşlarımız dəstək olmalıyıq.
AVMVİB sədri F. Rzaquliyev : «Hər bir döyüşçüyə müraciət edirəm. Türkiyəyə fəal dəstək göstərməyə və yanında olmağa çağırıram.
Türkiyədə zəlzələdən zərərçəkənlərə humanitar yardımla bağlı Azərbaycanda yardım toplama məntəqəsi yaraldığını bildirən , Füzuli Rzaquliyev hər bir azərbaycanlının gücü çatdığı qədr dəstək göstərməyinin zəruri olduğunu bildirib.
Füzuli Rzaquliyev “Bir millət, iki dövlət: Azərbaycan-Türkiyə qardaşlığı əbədidir” şüarını xatırladıb.
Müharibə veteranları AVMVİB sədrininin türkiyəli qardaşlarımıza dəstək və yardım fikrini dəstəkləyiblər və hər zaman qardaş türkiyinənin yanında olduqlarını bildiriblər.
