Xilaskarım

Nəsibə İsrafilqızı

Fedai.az AYB-nin və AJB-nin üzvü, “Tərəqqi” medalı laureatı, BMT yanında Ümumdünya Sülh Federasiyasının “Sülh səfiri” mükafatçısı, “Vedibasar” qəzetinin redaktoru, şair, yazıçı-publisist Nəsibə İsrafilqızının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi yeni şeirini təqdim edir.

Xilaskarım
Sən zirvəsən, uca dağsan,
Bol-bəhrəli yaşıl bagsan.
Sən alisən, sən aqilsən,
Tarix yazan bir alimsən.

Ürəklərə dolub qaldın,
Bir əbədi mehman oldun.
Şəfa tapdın minbir dərdə,
Bərabərin yox hünərdə.

Sən milləti tanıtdın, bu dünyaya, cahana.
Hər kəlməndə min hikmət, hər sözündə min məna.
Adına “Xilaskarım”, “Heydər baba” dedilər.
Millətə ata oldun, “Heydər ata” dedilər.

Sənsən al Günəşimiz, nuruna boyanırıq,
Şəfəqlər sığalında hər sabah oyanırıq.
Sən xalqın keşiyində bir əbədi mayaksan,
İşinlə, əməlinlə millətinə dayaqsan.

Oldu bayraqdarımız dəmir yumruqlu İlham,
Bu şərəfə, hünərə, dünyalar qaldı heyran.
Bir yumruqda birləşib sinə gərdik səngərə,
Alqış igid əsgərə, alqış igid rəhbərə.

Möhtəşəm zəfər çaldı döyüşlərdə ordumuz,
Azadlığa qovuşdu bu müqəddəs yurdumuz.
Qarabağda, Şuşada dalğalandı bayrağım,
Şənlik etdi el-oba, güldü yurdum, torpağım.

Əqidən, amalınla sənin yolun haqqı yolu,
Sən millətin oğulsan sənin yolun xalq yolu.
Adın zirvələrdədi, tarixlərdə qalacaq,
Sən tarixi yazmısan, tarix səndən yazacaq.

Ey Türkün şanlı oğlu, Vətənin vətəndaşı,
Türkün başqa kimi var, Türkdü elə qardaşı.
Bizi qoruyacaqdır Allah, müqəddəs “Quran”,
Yaşasın Azərbaycan, yaşasın Ulu Turan.

Bu xəbəri paylaşın: