Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində hərbi yönümlü qeyri-hökumət təşkilatları və hərbi ekspertlərlə görüş olub. Görüşdə postmüharibə dövründə icra olunan sosial dəstək tədbirləri müzakirə edilib.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək tədbirlərində ictimai iştirakçılığın təmin edilməsini, vətəndaş cəmiyyətləri nümayəndələri ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib.
Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, şəhidlərimizin ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi icra olunur. Belə ki, bu istiqamətdə artıq 124 min şəxsə 309 min xidmət göstərilib. Ümumilikdə həssas qruplardan olan insanlara dəstək xidmətlərinin göstərilməsi sahəsində Nazirliyin müvafiq sahələr üzrə ixtisaslaşmış QHT-lərlə və ekspertlərlə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşması və hazırkı görüşün bu təcrübənin davamı olduğu vurğulanıb.
A.Əliyev dövlət başçısının 2021-ci il 27 oktyabr tarixli Fərmanı ilə yaradılmış “Zəfər” altsisteminin şəhid ailələri və müharibə iştirakçılarına sosial dəstək tədbirləri barədə çevik məlumat mübadiləsində, həmin işlərin daha operativ, sistemli və məqsədəuyğun təşkilindəki imkanlarını qeyd edib.
Görüşdə Nazirlik yanında İctimai şuranın sədri Elşad Məmmədov, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri“ İctimai Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ Qaziləri” İctimai Birliyinin sədri Asəf Əliyev, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, hərbi ekspert Ədalət Verdiyev və digərləri dövlətimizin şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi diqqət və qayğısından bəhs ediblər. Görülmüş işlərin miqyasının geniş və nümunəvi olduğunu bildiriblər.
Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan geniş miqyaslı sosial dəstək proqramı barədə təqdimat da edilib. Bildirilib ki, qeyd olunan kateqoriyadan olan vətəndaşlarımıza sosial ödənişlər proaktiv qaydada təyin edilib, son 5 ildə sosial ödənişlərdə ciddi artımlar həyata keçirilib. Şəhid ailələrinin və müharibə iştirakçılarının aktiv məşğulluq proqramları, reabilitasiya xidmətləri ilə əhatə olunduqları diqqətə çatdırılıb.

P.S. Görüşdə çıxış edən “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Xankəndi şəhərində dövlət bayrağımızın yenidən ucaldılması kimi tarixi və əlamətdar bir dövrü yaşadığımızı bildirən Fezuli Rzaquliyev qeyd edib ki,qalib olaraq Müzəffər Ali Baş Komandanımızın sərkərdəliyi altında dünya hərb tarixinə yenilməzlik imzası atan dövlət – xalq – ordu vəhdəti ilə ədalətli müharibə, sülh, barış örnəyi bəxş edildi.
AVMVİB — in sədri Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələri və müharibə veteranlarının sosial təminatı, postmüharibə dövründə sosial dəstək, məşğulluq, mənzil təminatı istiqamətində görülən işlərlərin təqdirə laiq olduğunu bildirərək müharibə veteranlarının problemlərindən söz açıb.