«Güzgü» postu ilə bağlı yayılan məlumat təkzib edildi — RƏSMİ

Hazırda sosial şəbəkələrdə Murovdağın «Güzgü» postunun guya azad edilməsi ilə bağlı məlumatlar yayılır.

Bu barədə Ordu.az-ın sorğusuna Müdafiə Nazirliyindən cavab olaraq bildiriblər ki, hazırda təmas xəttində nisbi sakitlikdir.

«Məlumatlar əsassızdır. Təmas xəttində sakitlikdir. Əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur», — deyə nazirlikdən qeyd ediblər.

Azərbaycan Müdafiə Nazirliyindən bildiriblər ki, ictimaiyyəti bu cür yalan məlumatlarla aldatmaq, onların hissləri ilə oynamaq qəbuledilməzdir.(Ordu.az)

Bu xəbəri paylaşın: