Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.
Həkimlərimizin səyinə baxmayaraq, ağır yaralı olan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhidlik zirvəsinə yüksəldi.
AVMVİB Rəhbərliyi xalqımıza və şəhidlərimizin yaxınlarına dərin hüznlə baş sağlığı verir. Başın sağ olsun, Vətən!
Bu qisası yerdə qoymamalıyıq. Allah rəhmət eləsin!

