İşğalçı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Tovuz rayonu ilə sərhəddə yaşanan insidentdən sonra bir qrup rayon sakini ordumuza dəstək məqsədi ilə düşmənlə sərhəddə getməyə cəhd edib.
Düşmənə qarşı gedən döyüşlrdə ordumuza dəstək olmaq üçün insanlar küçələrə axışıb, insanların qarşısını polis alıb.
Bununla yanaşı rayon sakinləri daima ordumuzun yanında olduqlarını, istənilən an ərazilərimizin müdafiəsi uğrunda döyüşə hazır olduqlarını ifadə ediblər.
Aparılan izahat işlərindən sonra insanlar ərazidən uzaqlaşdırılıblar.
Müdafiə Nazirliyinin Mətbuat Xidməti yeni açıqlama yayıb.
Fedai.az xəbər verir ki, nazirliyin rəsmi sosial şəbəkə hesabında bildirilib:
«Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir».
Fedai.az Araşdırma Qrupu
