Başsağlığı: Allah rəhmət eləsin!

Burda yolum oldu tən,
Varmı bu yoldan ötən,
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.

Kəlbəcər rayon sakini, uzun müddət müxtəlif dövlət qurumlarında çalışan Muhiddin İsmayılov bu gün dünyasını dəyişib. Muhiddin bəy həm birinci, həm də ikinci Qarabağ savaşlarında əsgərlərimizin yanında olub, onların döyüş əzmini yüksəldib və həm maddi, həm də mənəvi baxımdan onlara dəstək olub.

O, xalqına və torpağına olan sonsuz sevgisi ilə həmişə insanların yaddaşında qalacaq bir şəxsiyyətdir. İki müharibənin şahidi, Vətəninə və millətinə sadiq bir insan olaraq, hər zaman şərəfli xidmət göstərmişdir.

Biz bu böyük itki ilə üzləşmiş yaxınlarına başsağlığı verir, onlara səbir diləyirik.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: