Təkcə Tərtər rayonunda mülki əhalini, o cümlədən BMT-nin qaçqın siyahısında olan məcuri köçkünləri hədəfə alan 2000 -dən çox top mərmisi Emmanuel Makronun olmayan vicdanına yazılır. Məhz terror dəstəkçisi Makronun sifarişiylə, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc yaşayış məntəqələrinin ağır artilleriya atəşinə tutulması nəticəsində 19 mülki şəxsimiz həlak olub, 60-dan çox adam yaralanıb, yüzlərlə ev dağıdılıb. Düşmən öz xislətinə uyğun bir şəkildə döyüş mövqeləri ilə dinc sakinlər yaşayan əraziləri səhv «salmaqdadır».
Makron normal olmayan ağlıyla tərəfsizliyini itirməklə ATƏT-in Minsk Qrupunda Fransanın həmsədrliyinə son qoydu. Separatizm və terror dəstəkçisi olduğunu aşikarcasına, tam erməni həyasızlığı və fransız fahişəliyi ilə ortaya qoydu. Qarabağdan məcburi köçkün salınmış 780 min insanı illərcə görməzdən gələn heç bir siyasətçinin vicdanı yoxdur.
Bu gün Azərbaycan öz torpaqlarında antiterror əməliyyatları keçirir və hədəfimiz terror qrupları, ölkəmizdə varlığı qanunsuz olan hərbi birləşmələrdir. Beynəlxalq hüququn bir qırmızı xətti var: «Hər bir dövlət öz əraziləri üzərində suverenliyini qorumaq hüququna malikdir».
Azərbaycan da bunu edir və əgər bu təhdidlər Ermənistandan gələrsə bu təhlükəni də aradan qaldırmaq bizim dövlət olaraq bir nömrəli vəzifəmizdir. Ona görə də Rusiya öz forpostunda bəslədiyi köpəyinə sahib çıxmalıdır. Amma bunun əvəzində Rusiyanın satılmış mətbuatının dezinformasiya yayması, terror qruplarına və qanunsuz hərbi birləşmələrə silah çatdırılması ilə məşğul olmaqdadır. ATƏT-in Minsk Qrupunun həmsədri kimi bu qarşıdurmada öz neytrallığını günbəgün itirən Rusiyanın təmsil olunduğu Qrupdan imtina etmək haqqımızı kimsə əlimizdən ala bilməz. Bizim ölkəmizə, güya «kənar qüvvələrin gətirilməsi» kimi feyk-xəbər tirajlayanlara demək istəyirəm ki, ölkəmizə gələn kənar hərbi güclər Ermənistana aiddir. Niyə kor olaraq real olanı görmür, feyk-xəbər axtarışındadırlar.
Amma dünyanın bütün tərəqqipərvər gücləri Azərbaycan xalqının apardığı hatikdiyi yeraltı bunkerlərdən də xəbərimiz var. Fransa bölgəyə Monte Melkonyanın başçılığı iləqq işinin yanında olacağına inanıram. Bu bir xalqın öz ərazisini qorumaq üçün qalxdığı Vətən müharibəsidir. Xalq bu yolda hər cür mərhumiyyətlərə hazırdır. Fransanın özünü bilməyən, xəstə başçısı Makronun bir terror dəstəkçisi kimi növbəti fiaskoya uğrayacağını bu günlərdə görəcəyik. Azərbaycan terrorçulara Fransa mühəndiuslərinin tikdiyi dəmir-beton bunkerlərdən xəbərdardır. Regiona terrorçu Monte Melkonyanın başçılığı ilə ilk terror legionunu göndərən Fransanın prezidentindən artıq şey gözləməyə dəyməz. Dünya bunca prezident rəzilliyinə və şərəfsizliyinə susmamalıdır. Müharibənin 27 il uzanma səbəbi İlahi bir üsulla açılmaqdadır. Fransa və Rusiyanın siyasi manevrləri ermənidən daha çox erməni olmağa bənzəyir. Amma Qafqazda qalmaq istəyən istənilən güc bizimlə hesablaşmalıdır. Rusiyanı çökdürülməsini planlayan NATO bizim yanımızda olmağa borcludur. Azərbaycanın qələbəsi, öz ərazilərinə sahib çıxması təmin edilməlidir. Bu gün Azərbaycana Türkiyə dəstəkli deyən (mənəvi dəstəyi belə qısqanan) və Fransa, Rusiya, Suriya və s. dəstəkli Ermənistanı görməzdən gələn siyasi nadanların bol-bol bəyanatları tirajlanmamalıdır.
Prezident İlham Əliyev oktyabrın 2-də “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində deyib ki, Dövlət başçısı qeyd edib ki, söylədiyi sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir:
“Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq. Ola bilsin müəyyən müddət keçdikdən sonra Ermənistan və Azərbaycan xalqları sülh şəraitində birlikdə yaşaya biləcəklər. Bu, bizim mövqeyimizdir və o, dəyişməzdir. Bu, tarixi həqiqətə, beynəlxalq hüquqa və həmçinin düşünürəm ki, regionumuzdakı bu günün siyasi və geosiyasi reallıqlarına əsaslanır. Hesab edirəm ki, Ermənistan hökuməti özlərinin qlobal arenada “əhəmiyyətinə”, onlara göstərilə biləcək mümkün beynəlxalq dəstəyə həddindən artıq böyük qiymət veriblər və bizi təhrik etməklə, bizə hücum etməklə böyük səhvlərə yol veriblər. İndi də onlar ciddi məğlubiyyət acısını yaşayırlar”.
Dünya ölkələrinin bu qətnamələrə səs verən rəhbərləri bu gün heç olmasa öz səslərinə hörmət etsinlər. Qafqazda stabillik istəyənlər erməni faşizmini və terrorizmini neytrallaşdırmaq yolunda Azərbaycana dəstək olmalıdırlar.
Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri