Son günlərdə cəbhədə baş verən hadisələr böyükdən kiçiyə hamıya aşikardır,şanlı ordumuz etdiyi şücaətlər, yalnız Azərbaycanda yox, eyni zamanda digər xarici ölkələrdə də danışılır, Ordumuz düşmənin təxribat xarakterli atışından sonra hərəkətə keçmiş və Füzuli rayonunun Qaraxanbəyli kəndi, Yuxarı Əbdurrəhmanlı kəndi, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi, Ağdərə rayonu və Murovdağ yüksəkliyi işğaldan azad etmişdir.
Həmçinin, Ordumuz Murovdağ strateji yüksəkliyindən Ağdərə yoluna nəzarəti öz əlinə almışdır. Əlbətdəki bu ordumuzun hələ başlanğıc uğurudur. Uğurlar davam edir və etməkdədir. Demək olar ki, Ermənilərin strateji hərbi postlarını bir-bir məhv etməkdəyik, gec-tez ermənilər Dağlıq Qarabağın bizə məxsus olduğunu anlayacaqlar. Əslində anlayırlar, çünki tarix danılmazdır bu torpağların bizim olmasına dair saysız — hesabsız sübutlarımız vardır. Yalnız Ermənistan öz şər xarekterli davranışları və yalanlarında əl çəkməyən bir dövlətdir. Bu baş verən hadisələr zamanı yanımızda olan və mənəvi dəstəyini əsirgəmədiyi üçün başda qardaş Türkiyə və Pakistana dərin təşəkkürlərmizi bildiririk. Biz heç vaxt bizə olunan yaxşılığı unutmarıq.
Türkiyənin dəstəyinnən söz açmışkən, Türkiyə prezdenti R.T.Ərdoğanın bu sözlərini yada salmalıyıq: «Biz daima qardaş Azərbaycanın yanındayıq. Sülh yalnız Ermənistanın işğal etdiyi əraziləri tərk etdiyi təqdirdə danışılacağdır.»
Ermənistan döyüşlər zamanı yenə də öz xain əməllərindən əl çəkmir və mülki əhaliyə, xəstəxanalara, media nümayəndələrinə qarşı arteleriya atəşi və raket zərbələri endirir. Buna sübut olaraq, Naftalan şəhərində ermənilərin evə atdığı mərmiylə daha azyaşlıykən həyatını itirən Fidan Qurbanova və Şəhriyar Qurbanovu göstərə bilərik. Onlar 9- cu və 7-ci sinif şagirdləri idilər, ancaq mənfur düşmənin atəşiylə həyatlarını itirdilər.
Gedən döyüşlər zamanı Azərbaycanın üstünlüyünü Ermənistan özüdə qəbul edir. Qondarma rejimin müdafiə nazirinin müavini Artur Sarksayn deyir: «Azərbaycan ordusu bəzi mövqelərmizi ələ keçirib. Kəlbəcər və Ağdərə rayonlarını blokada şəraitində saxlayır». Bundan əlavə olaraq Ermənistan mətbuatı bildirmişdi ki: «Bu döyüşlər Aprel döyüşləri ilə müqayisə edilməyəcək dərəcədə böyükdür, itkilərmiz çoxdur».
Eyni zamanda Ermənistan kəşfiyyat idarəsi rəisi general mayor Arakel Martikyanın öldürüldüyü barədə məlumatı da Ermənistan mediası yaymışdı. Burdan bütün şəhid ailələrinə bildirmək isdəyirəm ki, heç bir şəhidimizin qanı yerdə qalmır və qalmayacaqdır. Azərbaycan dövləti öz ərazi bütövlüyü uğrunda şəhid olan heç kimi unutmur, onlar daim bizim qəlbimizdə yaşayır.
Sonda da onu bildirmək istəyirəm ki, Qarabağım, Kəlbəcərim, mənim dədə-baba yurdum, sənə və digər bütün işğal altında olan rayonlarıma, o cənnət guşələrə qovuşmağa az qalıb. İllərdir ki, həsrətlə böyüklərdən qulaq asıb heyran qaldığım o yurduma dönməyimə az qalıb. Bilirəm ki, bunu nəinki mən, bütün xalqım bilir. O gün, «Qarabağ işğaldan tam azad edildi» deyiləcək gün, çox yaxındır. Bir daha deyirəm: «Qarabağ bizimdir,bizim olacaq.»
Fərid Səlimov
Azərbaycan Dillər Universiteti jurnalistika tələbəsi