Yaxın Şərqdə nə baş verir?
İngiltərə bölgədə İsrailin istehsal etdiyi tərəzidən istifadə edir. Bu tərəzinin adı Suriyadır. İngiltərənin əlində olan Suriya adlı tərəzinin bir gözündə Rusiya, İran, İraq və Hizbullah var. Digər biri gözünə isə, Amerika, Türkiyə, Almaniya, Fransa, Səudiyyə Ərəbistanı və Qatarı qoyub …
…1956-cı ildən bəri Rusiya Suriyanın hərbi tərəfdaşıdır. İran və Suriya yaxın strateji müttəfiqlərdir və İran, vətəndaş müharibəsi zamanı Suriyaya əhəmiyyətli dəstək verdi. Buraya texniki dəstək, bəzi döyüş qüvvələri və 9 milyard dollar maliyyə dəstəyi də daxildir. 2015-ci ilin payızında ABŞ, Suriyada Rusiya ilə hərbi əməkdaşlıqdan imtina etdi.
Ancaq 20 oktyabr 2015-ci ildə ABŞ və Rusiya Suriyada hava hadisələrinin qarşısını almaq üçün gizli texniki anlaşma memorandumu imzaladılar. Hizbullah uzun müddətdir Əsəd ailəsinin rəhbərlik etdiyi Suriyanın Baas Partiyası hökumətinin müttəfiqidir. Hizbullah Suriya hökumətinə silahlı Suriya müxalifətinə qarşı mübarizədə kömək edir.
İraq hökuməti 2011-ci ildən bəri Əsədə maliyyə dəstəyi göstərib. Suriya hökumətini dəstəkləyən İran təyyarələrinin istifadəsi üçün İraq hava məkanını açdı və İran İnqilab Keşikçilərinin İraq ərazisindən keçməklə Suriyaya əlavə yüklər maşınlarla çatdırıldı. Bu işin siyasi tərəfidir və mübarizə bu iki qütbləşmə arasında planlaşdırılıb.
Üstəlik, dünyada terrorun, anti bəşəri proseslərin iki öndəri olan şər dövləti sayılan İran və Rusiyanın bölgəyə taransferi münaqişənin uzun zaman üçün hesablandığını deməyə əsas verir.
Xtırlatmaq yerinə düşər ki, Türkiyə ordusuna xaincəsinə basqınla bağlı bir versiya İran üzərində diqqəti cəmləyib.
İran uğurlu bir əməliyyatla Türkiyə və Rusiyanı üz-üzə qoyduğu artıq siyasi kulislərdə danışılır.
Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən bu faktı təsdiqləyib.
Onun sözlərinə görə, bu hücumu İran reallaşdırıb:
“Rusiya yaydığı rəsmi bəyanatda bu hücumu rus qüvvələrinin etmədiyini və hücumda Rusiyaya məxsus təyyarədən istifadə olunmadığını açıqladı. Türk əsgərlərinə hücum İran əsgərləri tərəfindən edilib və bu, Tehranın son həmləsi olacaq”.
Ekspert baş verənlərdən sonra Türkiyənin qarşıdurmanı diplomatiya yoluyla aradan qaldırılacağını da qeyd edib.
Son olaylar da bu deyilənləri sübut etməkdədir. Rusiya qüvvələrinin İran dəstəkli Suriya qüvvələrinin darmadağın edilməsində seyrçi mövqe tutması da faktı təsdiqləməsi deməkdir.
Türkiyəyə aid silahlı PUA-lar bu gün İdlib sərhədləri daxilində 5 ayrı bölgə üzərində uçuş həyata keçirib.

PUA-lar Maarat əl-Numan bölgəsinin cənub və qərb kəndlərində, Hələbin cənub və qərb kəndlərində və daha öncə rejimin ələ keçirdiyi İdlibin mərkəzində müntəzəm uçuşlar reallaşdırıb.
PUA-lar uçuş apardıqları bölgələrdə müəyyən etdikləri rejimə məxsus çoxsaylı hədəfləri məhv edib. Diqqət çəkən məqam isə odur ki, Rusiya Türkiyə PUA-larının uçuşlarına heç bir əngəl yaratmayıb.
Türk qırıcıları isə sərhəddə mümkün hücuma qarşı mövqe tutaraq, daimi uçuşlarla növbə çəkiblər və Suriya hava məkanına girmədən uzaq məsafədən raketlərlə zərbə endiriblər.
İraqda bu üslubla İran öz mənfəətlərini təmin edə bilmişdi və müharibəni aparan ABŞ olsa da, zəfərin nemətləri İranın payına düşmüşdü. Artıq İranın bu rolu əlindən alına bilər,
ekspertlər rejim qüvvələrinə ağır zərbələr endirən türk ordusunun müharibə tarixini dəyişdirdiyini deyirlər.
SETA-nın strateji analitiki Can Acun bildirib ki, Türkiyə ordusunun pilotsuz təyyarələrlə Rusiya istehsalı olan “Pansir-S1” özüyeriyən zenit-raket sistemini hərəkət vəziyyətində məhv etməsi müharibə tarixinə keçən bir ilkdir: “Bu sistemlərin biri 17 milyon dollardır. Daha əvvəl “Pansir-S1” sistemini təkcə İsrail vurmuşdu. İsrail F-16, F-35 kimi döyüş təyyarələri ilə Şama hücum zamanı bu sistemi sıradan çıxardı, lakin raket sistemi onda bağlı vəziyyətdə idi. Bu sistemləri işlədiyi vaxt vurmaq heç vaxt mümkün olmayıb. Türkiyə isə SİHA-larla (Silahlı Pilotsuz Uçuş Aparatı) bu sistemləri işlədiyi halda məhv etməklə müharibə tarixində ilkə imza atdı. Bu, Türkiyənin elektron hərbi metodlardan uğurla istifadə edə bilməsidir. Qısa zamanda Əsəd rejiminin helikopterlərini, hərbi hava bazasını, kimyəvi silah istehsal edən obyektlərini, eləcə də müdafiə sistemlərini nöqtə atışları ilə sıradan çıxarmaqla dünyaya mesaj verdi. S-200-lərlə müdafiə olunan Kuveyris hərbi hava bazasında Əsəd rejiminin çoxsaylı döyüş təyyarələri və aviasiya qurğuları var idi. Türkiyə nöqtə atışı ilə bu bazanı havaya uçurdu. Əməliyyatlarda Əsədin üç yüksək vəzifəli generalı da məhv edildi”.

Pansir-S1
Müdafiə sənayesi üzrə mütəxəssis Yusif Akbaba qeyd edib ki, Suriyadakı əməliyyatlar dünyada türk dronlarının dövrünün başladığını göstərir.
“İki başlıqlı raketlərlə təchiz edilmiş MAM-L silahları kiçik ölçülərinə baxmayaraq, tank və zirehli texnikaları məhv etdi. 120 kilometr mənzili olan Qasırğa K+ raket sistemləri isə silah-sursat depolarını və həbi hava bazanı sıradan çıxardı. “Bayraktar TB-2” SİHA-ların “Pansir – S1” sistemini işlədiyi vəziyyətdə məhv etməsi artıq dünyada türk dronlarının dövrünün başladığını göstərir. SİHA-lar sayəsində insan itkisi olmadan hərbi gücümüzü artırması eyni zamanda Şərqi Aralıq dənizində Türkiyəyə güc göstərməyə çalışan ölkələrə ciddi mesajdır”, — Akbaba bildirib.

Bayraktar TB-2
Çox sayda şəhid verdikdən sonra Türkiyə geri çəkilmədi və lazım olan hücumu gerçəkləşdirərək bölgədə söz sahibi olduğunu isbatladı.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tvitter hesabında bildirib.

“Nəticələri ən azı 100 il bundan öncəki qədər böyük olan bir mübarizədən, ölkəmizin və millətimizin mənfəətini qoruyaraq zəfər qazanmaq üçün gecə-gündüz demədən çalışırıq. Tarix boyu həmişə işğallara, zülmlərə məruz qalmış bu coğrafiyada mübarizədən bir an geri qaçarsaq, birliyimizə sahib çıxmasaq bunun nəticələrinin bizim üçün ağır olacağını bilirik.
Zülmə qarşı verdiyimiz haqq mübarizəsi sonuna qədər davam edəcək. Türkiyə haqlı mübarizəsində heç vaxt geri çəkilməyəcək, heç bir xəyanəti də unutmayacağıq. Millətimiz yanımızda olduğu müddətcə hər çətinliyin öhdəsindən gələcək, ölkəmizi küncə sıxışdırdığını zənn edənlərə tarixi dərsi verəcəyik”, — deyə Ərdoğan vurğulayıb.
Son gün ərzində Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyanın İdlib şəhərində keçirdiyi əməliyyatlar nəticəsində İrana dəstəkçisi olan 21 terrorçu öldürülüb.
Ötən gün Suriyada İrana bağlı silahlı qüvvələrdən hesab olunan Zeynebbiyyun batalyonundan 18, Fatimiyyundan isə 3 nəfər öldürülüb.
Öldürülənlərin sabah Qum şəhərindəki Fatıma-i Məsumə məqbərəsində cənazə mərasimlərinin keçiriləcəyi və Masumə qəbiristanlığında dəfn ediləcəyi açıqlanıb.
Hazırda İran İnqilab Keşikçiləri, Qüds Briqadası, Nüceba Hərəkatı, Bakirə Briqadası, 104-cü Briqada və 4-cü Partiyanın Geys qüvvələrindən ibarət qoşunlar İdlib və Hələbdə rejim qüvvələri ilə birlikdə türklərə qarşı vuruşur. Hitler İran haqqında dediyi: «Şərqin fahişəsi» deyimi bir daha öz təsdiqini tapmaqdadır. Lakin buna baxmayaraq, t
ürk ordusu Sarakib bölgəsində Əsəd rejiminə aid hədəfləri bombalamağa başlayıb.

Əməliyyat nəticəsində bu bölgədə rejimə aid 8 tank, 4 zirehli texnika, 5 raket və 2 raket sistemi məhv edilib.
Vurulan obyektlər arasında Kurin hərbi bazası da var. Dünən səhər saatlarından başlayan əməliyyatlar Əsəd ordusunun çoxsaylı texnikası ilə yanaşı, 200-dən çox əsgəri də məhv edilib.
Son məlumata görə, Əsəd rejiminin qüvvələri İdlibdən qaçmağa başlayıblar.
Yaxın Şərq imperialistlərin bu bölgəni «yanmış torpaq» siyasətinə uyğun bir şəkildə tarimar edildiyi bir yerə çevrilib. Burada siyasi hərarətin düşəcəyi yaxın illər üçün əlçatmazdır.
Amma zaman gəlmişdir: «Çaqqalların hökmü Qurd ayağa qalxana qədərdir»…
Fedai.az Araşdırma Qrupu
