* Elmlər Akademiyamızın alimləri koronovirusla bağlı ciddi bir tapıntıya imza atıblar: «Okazıvaetsya koronovirus sözü bitişik yazılmalıymış!»
* Yazıçılar Birliyi də koronovirusla bağlı şeir müsabiqəsi keçirib. Ən yaxşı qafiyə nümunəsini təqdim edirik:
Koronavirus, koronavirus,
Evin yıxılsın, ay urus!
- Molladan anti virus təklifi: «Kim ki nəzir verib molla Rafayılın gül üzünə 101 dəfə salavat çevirsə koronovirus düşməyəcəkdir. Roma Papası buna əməl etmədi, şəkk elədi koronavirusa yoluxdu».
- ***
- Mamed bankda növbə olduğunu görüb asqırır və deyir:
- Lənətə gəlmiş çinli it uşağı. Gərək elə yarasa yeyəydiniz? Mən Çindən gərək gəlməyəydim…
- Növbədə duranlar az qala xorla:
- Narahat olma. Biz elə hamımız Çindən gəlmişik…
ELAN: Birinci əldən topdansatış qiymətinə təmiz «kitayski» koronavirus satılır. Çatdırılma pulsuzdur…
Təcili: Koronovirusa yoluxmuş xəstə axtarılır. Yeni seçilmiş parlamentə müxbir kimi göndərəcəyik ki, orada bir dəfə asqırsın. Əmək haqqı olmasa da dünyadan yaxşıca rəhmət aparacağına qarant verilir…Redaksiya


Bu xəbəri paylaşın:
