
Abbas Hüseynli
AVMVİB sədrinin sosial və hüquqi məsələlər üzrə müavini, Polis Müharibə Veteranları şöbəsinin sədri
Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Vladimiroviç Putinə yazmış olduğum məktub, oxucularım tərəfindən həvəslə qarşılandığı üçün, ikinci məktubu yazmalı oldum. Rusiya dövləti, Rusiya xalqı və onun yaranması, inkişafı, indiki vəziyyətə çatması ilə bağlı çoxsaylı tarixçi alimlər, elm adamları, siysətçilər çoxlu yazılar yazmışlar. Yazılan yazıların demək olar ki, 90 faizi Rusiya tarixinə aid olmayan yazılardır. Ona görə ki, əsil rus xalqının tarixin yazanlar, heç də rus xalqının öz insanları deyildirlər. Əvvəlcə bu tarixi almanlar yazmış, sonradan isə yəhudi və ermənilər bu sahədə xaruqələr yaratmışdırlar.Hamısının da bir məqsədi olmuşdur ki, rus tarixini saxtalaşdırsınlar. Əsil həqiqəti rus xalqından gizlətsinlər.
Həqiqəti deməsinlər ki, ruslarla türklər eyni atanın, eyni ananın övladlarıdırlar. Hətta, bu cızma-qara tarixçilərin, akademiklərin yazmış olduğu tarix dərsliklərinə, məqalə və kitablarından mənbə kimi istifadə edən başqa xalqların, millətlərin tarixçiləri də səhv addım atmaqdadırlar. Oljas Süleymanov Rus şifahi ədəbiyyatının incisi sayılan «İqor Polku haqqında» dastanı öyrəndikdən sonra bildirmişdir ki, bu dastan türkə aid dastandır. Dastanda olan qəhrəmanları da türk qəhrəmanları olaraq göstərmişdir. O. Süleymanov düzgün qərar qəbul etmişdir. Lakin o, bir şeyi deməmişdir ki, «İqor Polku haqqında» olan dastan həm rusların, həm də türklərin ümumi dastanıdır. 1950-ci ildə Ermənistanda Elmlər Akademiyasının açılışı zamanı, həmin iclasda iştirak edən erməni akademiklər «Koroğlu» dastanının onların dastanı olduğunu bildirmiş və geniş çıxış etmişdirlər. Orada olan Türkmənistan və Qazağıstan akademikləri də «Koroğlu» dastanının onların qəhrəmanlıq dastanı olmasını göstərmişlər. Orada iştirak edən Azərbaycanın xalq şairi Səməd Vurğun çıxış edib, ermənilərə bildirmişdir: «əgər, «Koroğlu» erməni qəhrəmanlıq dastanıdırsa, onda «kor dığa» olmalı idi, niyə «Koroğlu» adlanır». Həmin iclasda iştirak edən Rusiya dövlətindən gələn Smirnov adlı akademik çıxış edərək göstərmişdir ki, «Koroğlu» bütün müttəfiq respublikaların dastanıdır.

Tarixçilər Rus xalqının monqol-tatar yürüşlərindən monqol-tatarların 300 il rusları əsarət altında saxlamasından yazırlar. Görəsən, monqol-tatarlar hansı rusları və necə əsarət altında saxlamışdılar. Bunlar hamısı yalandır. Hətta, baxın, 1380-cı idə monqol-tatarlarla ruslar arasında gedən müharibədən, döyüşdən bəhs edilir. Lakin bu döyüşün əsil mahiyyəti açılmır. Bir deyilmir ki, monqol-tatarların başında kim dayanmışdı, rusların başında kim? Mən sizə demək istəyirəm ki, monqol-tatarların başında da türk, rusların başında da türk, birində Mamay xan, digərində isə Toxtamış xan idi. Bu müharibə iki türk tayfası arasında baş vermişdir. Rusiyanın indiki ərazisi tatarlar ərazisi adlanmışdır. Bu barədə xəritələr də vardır. (Baxın).
Bu xəritələdən birisi Hollandiya xəritəşunası 17-ci əsrdə Billema Blay çəkmişdir. Orada tatarlar ərazisi, səhv olaraq Tartariya kimi göstərilmişdir. Həmin xəritəni Putin müəllimə Tatarıstanın keçmiş prezidenti, türk oğlu Mintemeram Şaymiyev göstərir. Həmin vaxtları, yəni 1700-cü ilə qədər indiki Rusiya ərazisi Tatarlar ərazisi kimi adlanmış və dünya türkləri tərəfindən idarə edilirdi. Bu ərazi Kiyev şəhərindən başlanmış, ta Kamçatkaya qədər böyük bir ərazi olmuşdur. Kamçatka, gəldim-çatdım deməkdir, yəni ərazinin qurtaracağına çatmışam deməkdir. Türklər dünyanı idarə edəndə dünyada haqq-ədalət hökm sürürdü. Dünyada bu ədaləti məhv etmək üçün avropa ölkələri, 17-ci əsirdə türkə qarşı mübarizə aparmaq üçün yollar axtarırdı. Ona görə ki, türklər onların vəhşi, xristian təssübkeşliyinə qarşı çıxır, dünyada tolerantlıq prinsipi aparırdılar.Hətta, avropa ölkələri həmin vaxtı Türklərə qarşı pakt belə hazırlamışdırlar.Sizin hörmətlə qeyd etdiyiniz və Rusiya dövlətinin tarixini, xarici və daxili siyasətini dəyişən 1 Pyotr bu pakta qoşulmuşdur. O, Pyotr ki, ömrü boyu türkə qarşı düşmənçilik etmiş və bu barədə vəsiyyət belə rus xalqına yazdırıb qoymuşdur. Siz özünüz ermənilərlə görüş zamanı demisiniz ki, ermənilərə hər cür şərait yaradılmalıdır, bu 1-ci Pyotrun vəsiyyətidir və biz bunu həyata keçiririk. (Baxın xəritə)

Yadıma gəlir ki, hələ 2002-ci ildə Bakı şəhəri, Nizami RPİ-nin 23-cü PB-də baş əməliyyyat müvəkkili işlədiyim vaxt, axtarşla əlaqədar Moskva şəhərinə ezamiyyətə getmişim. Mənimlə birlikdə həmin vaxtı baş əməliyyat müvəkkili, polis kapitanı Məmişov Azər də getmişdi. Biz orada, Moskva şəhərinə Kriminal polisinin rəisinin otağına gedəndə, orada I Pyotrun vəsiyyəti yazılmış yazını gördüm. Bir başa rəisə dedim ki, I Pyotr rus və türk xalqlarının düşmənidir. Orada yazılanlar yalandır, hətta I Pyotr vəsiyyətində İstanbulun -«Konistantinopolun» işğalından bəhs edirdi.
Orada göstərilir ki, rus xalqı nəyin bahasına olursa olsun Konistantinopolu, yəni pravaslav dininin mərkəzini ələ keçirməlidir. Mən I Pyotur barədə dediklərimə rəis, əks çavab verdi.Mən gördüm ki, bu şəxsdə başqaları kimi I Pyoturu həqiqi Pyotr hesab edir. Mən Sizə, hörmətli Putin müəllim, demək istəyirəm ki, Sizin tanıdığınız Pyotr, əsil Aleksey Mixayloviçin oğlu Pyotr deyildi. Həmin Pyotru Avropada artıq dəyişmişlər. Onun əvəzinə saxta Pyotr hazırlayıb Rusiyaya göndərmişdirlər. Bu barədə Sizin bəzi tarixçiləriniz müəyyən yazılar yazsa da, erməni və Avropa tarixçiləri bunların qarşısını almağa çalışmışlar. Saxta Pyotrla, əsil Pyotrun arasında olan fərqlər o, qədər çoxdur ki, bunları burada sadalamaq baş ağrısı verər. Lakin, mən bir neçəsini deməyi özümə borc bilirəm. Əsil Pyotr İncili başdan ayağa oxumağı bilir və dindar idi. Gələn isə, ümumiyyətlə dindən xəbəsiz olmuşdu. Saxta Pyotrun boy-buxunu, sifət qurluşu, əsil Pyotrdan fərqlənirdi. (Bax rəsm)

Saxta Pyotr Avropadan gələndən sonra həyat yoldaşı və bacısı ilə bir dəfə belə görüşməmişdi ki, onu tanıya bilərlər. Hətta əvəzində gəldiyi əsil Pyotrun oğlu ilə bir dəfə belə görüşməyərək onu öldürtmüşdür. Əsil Pyotr sudan, dənizdən çəkindiyi halda bu saxta Pyotr, dənizi, suyu sevən olmuşdur. Mən saxta Pyotr barədə 10-dan çox saxtakarlığı göstərə bilərəm, lakin, mən bunları göstərməyərək, onu demək istəyirəm ki, bu Pyotr gəldikdən sonra Türkiyəyə qarşı, Türkiyə ilə müttəfiq olanlara qarşı düşmənçilik siyasəti aparmağa başladı. İlk növbədə Aleksey Mixayloviçin də qoşulmadığı, Türkə qarşı Avropa dövlətlərinin düşmənçilik paktına imza atdı. Onu da demək istəyirəm ki, Aleksey Mixayloviçin həyat yoldaşı Nataliya Narişkina Krım xanının qızı idi. O vaxtlar Krım xanı ilə qohum olmaq ən yüksək titul sayılırdı. Hətta indiki Rusiya Təhlükəsizlik Şurasının katibi Narişkinində həmin nəsildən olması bildirilir.

Hörmətli Putin müəllim, dunyada sülh və əmin amanlıq istəyirsinizsə, Türkiyə xalqı ilə rus xalqı arasında dostluq və qardaşlığı möhkəmləndirən siyasət aparın. Rusiyada özünü tarixçi, akademik adlandıran çoxsaylı erməni millətçiləri var ki, onlar heç bir vaxtı türk və rus dostluğunun inkişaf etməsinə imkan verməzlər. Necə ki, indinin özündə də sosial şəbəkələrdə bu dostluğa mane olurlar. Bizim dostluğumuza təkcə onlar deyil, dünyanın çoxsaylı dövlətləridə mane olmaq və rus-türk müharibəsi yaratmaqla hər iki dövləti zəiflətmək istəyirlər.
Mən inanıram ki, Siz, böyük siyasətçi olaraq, bütün bu maneləri aradan qaldıracaq və ermənilərin türkün torpağından tam şəkildə çıxmalarını təmin edəcəksiniz.