Rus «sülhməramsızları» terrorçularla çiyin-çiyinə Amarasda

News.am erməni saytı 24 noyabr 2020-ci ildə yayınladığı bir informasiyanı diqqətinizə çatdırırıq. Rusiya bir imperiya olaraq «slh, dinc yanaşı yaşama, ümumiyyətlə insani yaşam» keyfiyyətlərindən mərhum olan bir dövlət olduğunu bir daha diqqətinizə çatdırırıq. Ümumiyyətlə hayı Qafqaza gətirən və erməni qayıran rusdan ədalət gözləmək olmaz. Rusiya sülhməramlı adıyla soxulduğu Gürcüstanda, Moldovada və s. bütün ərazilərdə neytrallığını itirərək tərəfə çevrildiklərini unutmamalıyıq.

«Donuz dərisindən post, erməni və rusdan dost olmaz». Bu qurum ölkə qanunlarına məhəl qoymayacaqlarsa bəri başdan işimizi görməliyik. 1milyon qaçqını unudub, 5-3 qoca qaltaq ermənini Xankəndə daşımaqla bu iş olmaz. Türklər gələnədək ruslar fəaliyyətlərini dondurmalıdırlar. Çünki bu ölkənin ən azı 99%-i ruslara və Rusiyaya inanmır. Rusiya problem həll edən olsaydı 30 il ərzində edərdi. Deməli o problemin həllinə deyil, memarı olduğu layihənin yenilənməsinə çalışmaqdadır.

News.am (https://news.am/rus/news/615319.html) yazdıqlarını diqqətinizə çatdırırıq: «Artsaxdakı»Amaras monastır kompleksinə Rus sülhməramlıları gəlib çatmayıblar. Amma «Qarabağ müdafiə ordusu» bölmələri kompleksdə və qonşuluqda yerləşir.

Manastırın girişi bağlıdır, müharibə günlərində bu hissədə hərəkət təhlükəli idi, hər şey «düşmənin» nəzərində idi. Müdafiəçilərimiz kompleksin arxa tərəfindəki girişi açmağa məcbur oldular. «İndi giriş açıla bilər, çünki Rusiya bayrağı Amaras hasarı üzərindədir və hər şey onsuz da təhlükəsizdir» deyə monastır kompleksini müdafiə edərkən yaralanan Maçkalaşen kəndinin başçısı (terrorçu-red.) Lernik Avanesyan bildirib.

Onun sözlərinə görə, «düşmən» yalnız Amarası deyil, bütün ərazisini almaq istəyirdi. Amaras həmişə diqqət mərkəzində olub. Hələ 1990-cı illərdə hamı onu almaq istəyirdi, amma uğursuz oldu, çünki müdafiəmiz güclü idi”.

Xazaxi düşmənin nəzarəti altındadır və bu hündürlükdən Amarasa 1,5 km-dir. Atəşkəsin bərqərar olmasından sonra da düşmən mövqelərini yaxşılaşdırmağa çalışsa da, bir şey alınmadı.

“Onlar kəndin bir hündürlüyə hücum etmək istədilər, ancaq bizimkilər müqavimət göstərdilər, bir neçə yaralı və bir nəfər düşmən itki verdi. Rus sülhməramlılarını çağırdıq, onlar da öz növbəsində komandirlərini çağırdı və bunun bir daha olmayacağını xəbərdar etdilər. Rus sülhməramlı qüvvələrinin bütün dünyada nüfuzu yüksəkdir, türklər bunu nəzərə alır və atəş etmirlər. «

Ancaq taqım komandiri Mxitar Qulyan, uşaqların burada möhkəm dayandıqlarını, Amarasın müdafiəçisi olmağı qürur duyduqlarını və uşaqlar düşmənin döyüş üslublarına yaxşı bələd olduqlarını qeyd edir. “Bəzən düşməndən qışqırıq səsləri eşidilir. Bəzən erməni dilində qışqırırlar: «Kömək et». Bunu, irəli gedib bir tələyə düşməyimiz üçün edirlər”dedi.

Qeyd edək ki, Maçkalaşen kəndi əkin sahələrinin 80% -ni itirib.»

P.S. Rusun bayrağı, erməninin terrorçusu, Azərbaycanın torpağı və alban-türklərinin məbədi…

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: