Koronavirus azanın sözlərini də dəyişdirdi — VİDEO

Küveytdə koronavirusa qarşı tədbirlər çərçivəsində namaz qaydalarında bəzi dəyişikliklər edilib.

Fedai.az Trend-ə istinadən bildirir ki, namaza çağırış olan azanın mətni dəyişilib.

Belə ki, azanda istifadə olunan «hayya alas-salah» (namaza gəlin) ifadəsi, «al-salatu fi buyutikum» (namazı evinizdə qılın) ifadəsi ilə əvəz olunub.

Küveyt Vəqflər və İslam nazirliyi bunun islamda insanların həyatının hər şeydən önəmli olması zərurətindən irəli gəldiyini deyib.

Bu xəbəri paylaşın: