Martın 14-də yoluxanlarla bağlı rəqəmlər gün ərzində dəyişib.
Əvvəlcə səhiyyə naziri Arsen Torosyan bildirib ki, yoluxanların ümumi sayı 15-ə çatıb, 200 nəfər isə karantin altındadır:
“Biz indicə 38 tədqiqatı başa çatdırdıq, onlardan 36-ı mənfi, ikisi isə müsbət nəticə verib. Nəticələri müsbət olan pasiyentlər epidemioloji olaraq Eçmiadzin şəhərindəki yoluxma halı ilə bağlıdır və ən başından təcrid olunublar”.
“Eçmiadzin şəhərindəki hadisə” haqda danışarkən nazir martın 11-də məlum olan bir nəfərin yoluxma halı nəzərdə tutulur. O, Ermənistana İtaliyadan qayıdıb və ev şəraitində karantindən imtina edib. Virus aşkarlanana qədər 10 gün müddətində qadın bir sıra kütləvi tədbirlərə, o cümlədən də nişan mərasiminə qatılıb.
İndi bu mərasimə dəvət olunan onlarla insan karantin altındadır, onlardan bəzilərinin yoluxduğu üzə çıxıb.
Səhiyyə nazirinin sözlərinə görə, yeni yoluxanların əsas hissəsi Eçmiadzində nişan mərasimində iştirak edənlərdir.
Son bir neçə gün ərzində bu şəhər əsas infeksiya mənbəyi hesab edilir. Şəhər meri Diana Qasoaryan müraciətlə çıxış edib:
“Eçmiadzin-Yerevan (və geriyə) marşrutu üzrə qeyri-mütəmadi sərnişindaşıma ilə məşğul olan fərdi taksilərin xidmətindən istifadə etməməyə çağırıram.
Ümumilikdə hamını evdə qalmağa, şəhəri yalnız xüsusi ehtiyac olduğu zaman və öz avtomobillərinizdə tərk edin, əgər bu mümkün deyilsə, o zaman ictimai nəqliyyatdan istifadə edin, çünki onlar mütəmadi olaraq dezinfeksiya olunur”.
Martın 11-ə qədər Ermənistanda yalnız 1 nəfər yoluxmuş şəxs vardı, o da İrandan gəlmişdi. Karantində saxlanılanlar isə yalnız onunla təmasda olanlar idi. İndi isə yoluxanların sayı hər gün artır.
Martın 14-ü axşama qədər Ermənistanda artıq 18 nəfərin yoluxduğu təsdiqlənib.
Koronavirus referendum keçirilməsinə təsir edəcəkmi?
Ermənistanda yoluxanların sayının artması ilə əlaqədar olaraq aprelin 5-ə təyin olunmuş konstitusiya referendumunun təxirə salınması və ya ertələnməsi haqda getdikcə daha çox danışırlar.
Əvvəlki hakimiyyət dövründə vəzifəyə gələn Konstitusiya Məhkəməsinin sədri və altı hakiminin səlahiyyət müddətinə son verilməsi məsələsi ümumxalq referendumunda səsverməyə çıxarılacaq. Hakimiyyət referendumun nəticələrinə əsasən, həm də keçmiş hakimiyytin son 30 il ərzində göstərdiyi fəaliyyəti haqda rəsmi dəyərləndirmə qətnaməsinin qəbul edilməsini nəzərdə tutub.
Qüvvədə olan qanunvericiliyə əsasən, ölkədə fövqəladə vəziyyət və ya hərbi vəziyyət elan olunduğu zaman referendum təxirə salına və ya ertələnə bilər. Virusla bağlı vəziyyətdə necə addım atılacağı hələlik bəlli deyil./JAMnevs/
P.S. Saxtakarlığın zirvəsi olan erməni tarixçləri tezliklə koronavirusun elə qədimdə haylar tərəfindən icad edilmiş karenovirus olması barədə əsərlər yazacaqlar…
