Atabəylərin xristian tarixi: türk-qıpçaqların slavyan və erməni-qriqorian özünütanımı…

Namiq Atabəyli

BİRİNCİ HİSSƏ

(Əvvəli: https://fedai.az/?p=25446)

Qıpçaq, kəngərli tayfalarının Şirvan Azərbaycanı ərazisində son məskunlaşması tarixində elm üçün qaranlıq heç nə yoxdur. Belə ki, XII əsrin üçüncü onilliyində Dərbənddə varyaqlar üzərində zəfər çalmış Şirvanşah III Mənuçöhr tərəfindən qıpçaq sərkərdəsi Qara Bəyin başçılığı altında indiki Naxçıvan ərazisində 200 min əsir Qıpçaq-Kəngərli əhalisi yerləşdirilmiş və onlar üçün burada «Qarabəylər” (Qarabağlar) adlandırılan böyük bir şəhər salınmışdır. Bu tarix Naxçıvanın ən qədim memarlıq abidələri siyahısına salınmış Qarabağlar kompleksində Qoşa minarələrin üzərindəki kitabədə dəqiqliklə qeyd edilmişdir. XVII əsr tarixçisi Övliya Çələbi öz «Səyahətnamə”sində Şirvanşah III Mənüçöhr tərəfindən salınmış həmin şəhərin Osmanlı ordusu tərəfindən tamamilə dağıdıldığını xəbər vermişdir. Deməli, həmin qıpçaq-kəngərlilər dağıntıdan sonra əksəriyyətlə Araz çayı ətrafına yayılaraq, indiki Qarabağ bölgəsinə kimi gəlib çıxmışlar… «Qarabağ” etnotoponiminə qədər bu ərazi dağ və düzən Arran və ya Ağvan olaraq tanınmışdır. Bu ərazi Alban-Mehranilərədək Arranşahlar tərəfindən idarə olunmuşdur. Nədənsə, Adurbadaqan tarixçiləri parfiya əsilli Arranşahlar sülaləsinin hakimiyyətini araşdırmaqdan tamamilə çəkinərək, onu Şirvanşünaslıq əleyhinə icad etdikləri «Albanşünaslıq tarixi”nin içərisində əritməyi daha münasib bilmişlər.

Qədim massaget-sak Zəngi torpağı olmuş Naxçıvanı siyasi-inzibati mərkəzə ilk dəfə Azərbaycan Atabəylər dövlətinin dahi qurucusu Şəmsəddin Atabəy Eldəniz çevirmişdir. Atabəy Eldəniz Səlcuqlu İslam Dövlətinin Xilafət ordusunun Baş komandanı və paytaxt Bağdadın Komendantı (-indiki dillə Meri) vəzifələrini icra etdikdən sonra, 1136-cı ildə Ərməniyyə və Arrana canişin göndərilmiş, lakin az sonra Səlcuqlu sülaləsinin siyasi süqutunu hiss edərək, indi şimallı-cənublu «Azərbaycan” adlanan ərazidə Azərbaycan Atabəylər Dövlətinin istiqlaliyyətini elan etmişdir. Bundan əlavə, o, öz hakimiyyətinin siyasi təsirini artıraraq, son Səlcuq padşahı-oğulluğu Sultan III Toğruldan etibarən bütün İslam xilafətini müstəqil AZƏRBAYCAN DÖVLƏTİndən asılı vəziyyətə salmışdır. Hakimiyyətinin siyasi-coğrafi ərazisini genişləndirən Atabəy Şəmsəddin Eldəniz öz dövlətinin paytaxtını Bərdə-Gəncə-Naxçıvan-Təbriz-Həmədan istiqamətində dəyişmək yolu ilə Azərbaycan dövlətini qısa müddətdə daşıdığı adın coğrafiyası ilə ehtiva etməyi bacarmışdır. Xarəzimşah Cəlaləddin Mənqiburunun Azərbaycan üzərinə yürüşünədək Naxçıvan vilayətinin hakimi Atabəy Eldənizin ilk qız nəvəsi Cəlaliyyə Xatun ümbül Atabəy Cahan Pəhləvan olmuşdur.

Tarixi faktlar aydın şəkildə göstərir ki, Böyük Atabəyin siyasi məramı yalnız Azərbaycan-İslam dünyası ilə məhdudlaşmamışdır. Məhz Ərməniyyə Müsəlman Zəngi Dövlətinin yenidən bərqərar edilməsi də onun tarixi xidmətlərindən biri idi. İslam fütuhatından sonra Ərməniyyəyə ilk müsəlman Zəngi-massaget hakimi təyin edən Atabəy Eldəniz demişdi: «Onun buna haqqı çatır. Çünki Ərməniyyə zəngilərin vətənidir.” Bildiyimiz kimi, Zəngilər qıpçaq kökənli Turani əhali olub, Massaget xaqanı Böyük Tomrisin xalqıdır. Elə buna görə də, Tomris miladdan altı əsr öncə sərhəd Araz çayını keçərək, onun oğlunu öldürmüş ilk İran şahı Kirin (-Kirius, Kiruş) başını kəsərək, məhz Araz çayına atmışdır. Zəngəzur, Zəngilan, Zəngibasar, Zəncan, Zəngəçal, Zəngibar, Zəngibut və s. kimi böyük ərazi-inzibati quruluşlar sübut edir ki, Şərqdə massaget-qıpçaq xalqının yayılma arealı çox geniş olmuşdur.

(Piter Paul Rubensin «Tomris əfsanəsi” rəsmi. Əhməni şahı Kirin başının kəsilməsi.)

Onu da qeyd edim ki, dövlət qulluğundan yenidən peşəkar jurnalistikaya qayıtdığım dövrdə yazıb dərc etdirdiyim ilk məqalələrdən biri «Sultan Səlahəddini yenmiş xatun: Ərmənşah Zübeydə Atabəyli” olmuşdur.

Qafqazda mifik-tarixi etibarilə 4000 İllik ömrü olmuş Şirvanşahlar Dövlətinin istər müsəlman, istərsə də xristian əhalisinin böyük əksəriyyəti Zəngi tayfaları olmuşlar. Müsəlman-Kəsranilər Şirvanşahlığında da daim iki bir-birinə qarşı duran qüvvə yadelli Deyləmi-Gilanilərlə yerli Turani-Zəngilər idilər. Bu gün el arasında nədənsə Zəngiləri daha çox «dağlı” (kord) anlayışını verən Kürd kimi çağırmağı sevirlər. Lakin onları, yəni turani əsilli Zəngiləri əsla atəşpərəst-yezidilərin «kürd” etnonimi ilə qarışıq salmaq olmaz. Onların xristian hissəsinə də «erməni”, yaxud «alban” deməyin elmi tarixşünaslıq baxımından heç bir mənası yoxdur. Yezidilərin Hind mənşəli olması çoxdan sübut edilmiş bir məsələdir. Yunan və Roma qədim elmi mənbələrində «alban” və «Albaniya” kimi çağrılmış Şirvan kilsələri turani-zəngi xalqının bir müddət xristianlığı qəbul etmiş hissəsinin dini abidələri olmuşdur. Bunların əksəriyyəti İslamın qəbulundan sonra «pir” kimi sitayiş yeri sayılmışdır.

Tarixşünaslıqda nə qədər ki, «Şirvan xristian icması” və «Şirvan kilsələri” sözləri yasaqlanmışdır, deməli, Türk-qıpçaq məsihiliyi də kölgə altında qalaraq, yaddaşlardan silinəcəkdir. Bu isə Türk Xristianlığı tarixinə vurulmuş ən ağır zərbə deməkdir. Roma Papasının məsihi missionerlərinin Rusiya qıpçaqları üçün hazırlatdığı dünyaca məşhur «Kodeks Komanenius” dini abidəsi Dəşti-Qıpçaqın bir-başa Şirvan xristian dünyasına uzantısından başqa bir şey deyildir. Mənim qəti fikrimcə, tarixşünaslıqda xristian qıpçaq Atabəkiyyə problemi də Rus provaslaviyasından daha çox, Şirvanşahların məsihi tarixi ilə bağlı bir məsələdir. Bu problemi «albanşünaslıq” çərçivəsində həll etmək mümkünsüzdür.

Bildiyimiz kimi Şirvan (-alban) Apostol kilsəsi Şərq kilsələri içərisində ən qədim hesab olunur. Şirvanın Arran vilayətinin ilk yepiskopu Maarifçi Qriqoridən etibarən Qafqazda xristianlıq sürətlə yayılmağa başlamışdı. Şir tinətlilər ölkəsinə həvarilərin (-apostolların) ilk gəlişi arami Müqəddəs Faddey, Müqəddəs Varfolomey və Müqəddəs Yelisey (-Elişe) ilə bağlıdır. IV əsrə kimi sürmüş bu mərhələ suriyanipərəst-aramey dövrü adlandırılır. İkinci mərhələ isə Maarifçi Qriqorinin və Qıpçaq-alban hökmdarı Urnayrın adı ilə bağlı Yunanpərəst dövr hesab edilir. Erməni qriqoryan kilsəsindən fərqli olaraq, Şirvan (-Alban) apostol kilsəsi mənşəyinə görə Yerusəlim patriarxlığı ilə bağlı idi. Həvari (aramey) Müqəddəs Yelisey tərəfindən I əsrdə (74-cü ildə) tikilmiş xristian Kiş (-indiki Şəki rayonu ərazisindədir) məbədi bütün Qafqazda ən qədim kilsədir və Şərq kilsələrinin anası sayılır.

…Bu kiçik tarixi gəzintidən sonra, Atabəylər mövzusuna qayıdaraq demək istəyirəm ki, Böyük Atabəy (-Şəmsəddin Eldəniz) Dərbəndin hərrac bazarında azyaşlı ikən qul kimi satılmış bir xristian qıpçaq uşagı idi. «el-Tenqiz” ismi onun əcdadlarının öz kökü etibarilə tolerant Xəzər Yəhudi Dövlətində yaşamış bir xristian qıpçağı olduğunu təsdiqləməyə imkan verir. Şəmsəddin Eldənizin Dərbəndin Hərrac bazarına necə gəlib düşməsi ciddi araşdırma mövzusudur. Məncə, bunun daha düzgün cavabı həmin dövrün Səlib müharibələri fonunda verilə bilər. Bu hadisə eynilə İbrahim Əli oğlu Xaqani Şirvaninin Toqatlı məsihi anasının taleyi ilə üst-üstə düşür. O dövrlərdə Dərbənd, Qaffa və Genuya bazarlarında əsasən əsir götürülmüş xristian qıpçaqlar hərraca çıxarılıb müsəlman və yəhudi tacirlər tərəfindən alınıb satılırdı… Təəssüf ki, ticarət tarixi elmləşmədiyindən bu kimi məsələlər hələ də qaranlıq qalmışdır. Atabəylik institutu, ilk mərhələdə, ünlü kral və xaqan uşaqlarına Hərb sənətini öyrədən müəllim anlamını vermişdir. Azərbaycanın ilk atabəyi də, Səlcuq sultanının oğluna hərb sənətini öyrədən biri olmuşdur.

Gürcü Baqrationilər qonşu Moskva-Ruriklər knyazlığının gənc üzvü Yuri Boqolyubski ilə gürcü çariça Tamara Baqrationinin izdivacını pozaraq, çariçanı osetin David Soslan ilə evləndirərkən, rus knyazını Gürcüstanı tərk etməyə məcbur etmişlər. Moskva şəhərinin binasını qoymuş Vladimir-Suzdal knyazlığının başçısı Andrey Boqolyubskinin oğlu Yuri Andreyeviç Boqolyubski qısa Konstantinopol mühacirətindən sonra, yaşamaq üçün Vətən olaraq məhz Azərbaycan Atabəylərinin paytaxt şəhəri Gəncəni seçmişdi. Ona Atabəylər dövlətinin başçısı Əbubəkr Eldəniz yaaşamaq üçün hər cür şərait yaratmışdı. Bunun bir səbəbi knyaz Yuri Boqolyubovskinin anasının bir qıpçaq qızı olması idisə, digər mühüm səbəbi də Gürcü Sarayının tez-tez səngər dəyişərək Provaslav Bizansa və Rusiyaya qarşı Katolik Roma Papasının Səlib cəbhəsində yer tutması idi. Gənc rus knyazına Atabəylər dövlətində hər cür maddi şərait yaradılmış, hətta Gürcüstan taxtına yenidən oturmaq üçün hərbi yardımlar da edilmişdir. Tarixdən o da məlumdur ki, Yuri Boqolyubskinin Gürcü taxtına yenidən yiyələnmək cəhdi uğurla nəticələnməmişdir… 1190/91-ci ildə o, öz tərəfdarları ilə Kutaisiyədək gəlib çıxaraq, Qequti sarayında tac qoyma mərasimi keçirmiş, lakin tezliklə məğlubiyyətə uğrayaraq, əsir düşmüşdü. Lakin Tamara sabiq ərini bağışlamış, o isə qıpçaq-kəngərli yurdu olan Arranın baş şəhəri Gəncəyə gəlmiş, Azərbaycan Atabəylər dövlətinə sığınmışdı. Deməli, Yuri Boqolyubsini qoruyan hissə- Arran qıpçakları idisə, məğlub edənlər də bir zaman çar Qurucu David tərəfindən Dəşti-qıpçaqdan Gürcüstana özünün Qıpçaq xanımı Quranduxt ilə birlikdə cehiz kimi gətizdirdiyi müsəlman qıpçaqlar olmuşlar. Bu hadisələr kinossenarist Merabi Qedevanovun «Царица Тамара и Юрий Боголюбский” əsərində, habelə Aleksandr Voinovun «Тамара и Давид” romanında geniş işıqlandırılmışdır. Əlbəttə, provaslav rus knyazının məhz Azərbaycan Atabəylər dövlətinə sığınması təsadüfi xarakterli olmamışdır. Bu inamın kökündə Atabəylərin mənşəcə, Rusiyanın provaslav məzhəbli qıpçaq əhalisi içərisindən çıxması idi: bu tarixi fakt Azərbaycanın qıpçaq Atabəyləri ilə Moskva (-Vladimir) Rus knyazlığı arasındakı tarixi əlaqələrin yeidən öyrənilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Şirvanşahlar Dövlətindən qoparılmış qədim Arran vilayətində İslam fütuhatından sonra ilk xristian abidələrinin tikilməsi haqqında Fərman verən padşah da Atabəy Şəmsəddin Eldəniz olmuşdur. Böyük Atabəy nəinki Kilsə tikilməsi üçün icazə vermiş, hətta onun ətrafındakı geniş əraziləri də Arran (-alban, ağvan) xristian-provaslav icmasına vəqf torpaqları olaraq bağışlamışdır. Bu mövzu akademik Ziya Bünyadovun məlum əsərində az da olsa, işıqlandırılmışdır. Lakin yetərli deyildir.

«Kitabi-Dədə Qurqud” dastanında (baxmayaraq ki, bu dastanı məşhur rus şərqşünası Bartold «paralel tarix” yapısı hesab edərək, monqol dastanı saymış və onun ilkin variantının Monqol xanlarının vəziri (Şirvanşahların kürəkəni) Rəşidəddin tərəfindən yazıya alındığını irəli sürmüşdür.

X-XII əsrlərə aid edilən bu Dastanda bir-biri ilə mübarizə aparan iki cəbhə vardır: Xristian Qıpçaq Məlik bəy və Müsəlman Oğuz Qazan xan. Dastanı araşdırmış alimlərdən Kamil Vəliyev, Tofiq Hacıyev və b. onun leksik tərkibində «erməni” sözləri olduğunu qeyd etmişlər. Alimlərimiz həmin leksemlərin Sibir türklərinin də dilində işlədildiyini bildirərək, Erməni xalqının Sibirədək necə gedib çıxdığından təəccübləndiklərini bildirmişlər. Əslində, bu sözlərin «erməniləşmiş” Qıpçaklara məxsus olması onların ağlına gəlməmişdir?!

Bəzi tarixçi alimlər isə «Alban” sözünün ifasında yunan izləri axtararaq, onun gerçək elmi izahından çəkinirlər. Bildiyimiz kimi «r, l, ğ/q” hərfləri qədim Arran adında «r” samitinin məxrəc dəyişikliyindən savayı bir şey deyil: aran, alban, ağvan… Eyni vəziyyət Qədim Xəzər dövləti ilə Şirvanşahlar dövlətinin sərhədində yaradılmış azad bazar zonası sayılan «Çöl” şəhərinə də aiddir: Çöl, Çora, Çoğa…

Tarixə yalnız tərəfsiz elmi rakursdan yanaşmaqla xalqımızın ədəbiyyatında Fərhad-Şirin, Əsli-Kərəm, Şeyx Sənan-Xumar xristian-müsəlman məhəbbətinin nədən bu qədər ilahiləşdirildiyini başa düşmək mümkündür. Mənim «Şirvanşahlar” saqamın ikinci tarixi romanı «Şirvanşah Şeyx İbrahim Dərbəndi”-nin ikinci cildi onun «Hökmdarlıq illəri” adlanır. Burada şirvanlı şair İmadəddin Nəsiminin xristian-erməni qızına məhəbbəti geniş təsvir edilmişdir. Mən dahi Nəsiminin bu ilahi məhəbbətini onun «Erməni” rədifli qəzəlinə əsaslanaraq yazmışam. Burada «erməni” sözü milli-etnik deyil, dini-məzhəb ayrılığını ifadə etmişdir. Deməli, şairin ilk və son məhəbbəti xristian qıpçaq qızına bağlı idi və o da öz sələfləri-Fərhad və Kərəm kimi eşqində uğursuzluğa düçar olmuşdur. «Qibləmdə İnsan vardır!” devizi ilə çıxış edən Şirvan şairi Şeyx İmadəddin Nəsiminin şirvanlı erməni-qıpçaq qızından savayı, daha heç bir qadına özəl şeir yazdığını görmürük:

Dədimənd etdin məni, ey dərdə dərman, erməni!

Olmuşam eşqin yolunda bəndəfərman, erməni!

Nə pəri, nə adəmi bu şəkl ilə mən görmədim,

Cənnəti hurimisən, yosa ki rizvan, erməni?!

Anca kim səy eylədim nazik camalın görməyə,

Zərrəcə yumşalmadın, ey könlü zindan, erməni!

Örtgil ol ay üzünü kim, çeşmi naməhrəm görər,

Yoxsa ki, dindən dönər çox-çox müsəlman, erməni.

İsayi-Məryəm həqiçün heç qərarım qalmadı,

Didəmi giryan edərsən, bağrımı qan, erməni!

Qorxuram mən dərvişə sən deyəsən: «Din tərkin et!..”

Necə ki, bağladı zünnar Şeyx Sənan, erməni.

Harda bir Xaç əhli varsa, hamısın seyr eylədim,

Bulmadım mən sən təki bir canı-canan, erməni!

Bir sual etdi NƏSİMİ sən büti-mehparədən,

Lütf ilə söyləşə gör, ey ləli-xəndan, erməni.

Atabəylərin xristian-provaslaviyası ilə bağlantıları üzərində düşünərkən, ilk Böyük Azərbaycan dövləti Atabəkiyyənin Rusiya ilə tarixi əlaqələrini də yaddan çıxarmaq olmaz. Bildiyimiz kimi, XII əsrdə Gürcü çarı IV (Qurucu) Davidin sülaləsi kimi tarixə qədəm qoymuş Baqrationilər nəsli ilə Azərbaycan Atabəylərinin qarşılıqlı əlaqələri həm sülh, həm də müharibələr ilə müşayiət olunmuşdur.

Əri III Mənuçöhrün 1160-cı ildə qəfil ölümündən sonra, Şirvanşahlar Dövlətini qonşu gürcü çarlığına birləşdirməyə cəhd etmiş şahbanu Tamar David qızı Baqrationinin öz vəliəhd oğluna qarşı dövlət çevrilişinin qarşısını almaqla, Böyük Axsitanı Şirvan taxtına otuzduran Atabəy Şəmsəddin Eldənizin syasi mövqeyi, heç şübhəsiz ki, Ümumsəlib yürüşlərinə qarşı Ümumislam mövqeyi baxımından başa düşülməlidir. Lakin bu tarixi fakt heç də Azərbaycan Atabəylərinin Xristian-provaslav dünyasına qarşı qərəzli və düşmən mövqedə durduğunu əks etdirmir.

Gürcü Baqrationilər qonşu Moskva-Ruriklər knyazlığının gənc üzvü Yuri Boqolyubski ilə gürcü çariça Tamara Baqrationinin izdivacını pozaraq, çariçanı osetin David Soslan ilə evləndirərkən, rus knyazını Gürcüstanı tərk etməyə məcbur etmişlər. Moskva şəhərinin binasını qoymuş Vladimir-Suzdal knyazlığının başçısı Andrey Boqolyubskinin oğlu Yuri Andreyeviç Boqolyubski qısa Konstantinopol mühacirətindən sonra, yaşamaq üçün Vətən olaraq məhz Azərbaycan Atabəylərinin paytaxt şəhəri Gəncəni seçmişdi. Ona Atabəylər dövlətinin başçısı Əbubəkr Eldəniz yaaşamaq üçün hər cür şərait yaratmışdı. Bunun bir səbəbi knyaz Yuri Boqolyubovskinin anasının bir qıpçaq qızı olması idisə, digər mühüm səbəbi də Gürcü Sarayının tez-tez səngər dəyişərək Provaslav Bizansa və Rusiyaya qarşı Katolik Roma Papasının Səlib cəbhəsində yer tutması idi. Gənc rus knyazına Atabəylər dövlətində hər cür maddi şərait yaradılmış, hətta Gürcüstan taxtına yenidən oturmaq üçün hərbi yardımlar da edilmişdir. Tarixdən o da məlumdur ki, Yuri Boqolyubskinin Gürcü taxtına yenidən yiyələnmək cəhdi uğurla nəticələnməmişdir…

1190/91-ci ildə o, öz tərəfdarları ilə Kutaisiyədək gəlib çıxaraq, Qequti sarayında tac qoyma mərasimi keçirmiş, lakin tezliklə məğlubiyyətə uğrayaraq, əsir düşmüşdü. Lakin Tamara sabiq ərini bağışlamış, o isə qıpçaq-kəngərli yurdu olan Arranın baş şəhəri Gəncəyə gəlmiş, Azərbaycan Atabəylər dövlətinə sığınmışdı. Deməli, Yuri Boqolyubsinin qoruyan hissə- Arran qıpçakları idisə, məğlub edənlər də bir zaman çar Qurucu David tərəfindən Dəşti-qıpçaqdan Gürcüstana özünün Qıpçaq xanımı Quranduxt ilə birlikdə cehiz kimi gətizdirdiyi müsəlman qıpçaqlar olmuşlar. Bu hadisələr kinossenarist Merabi Qedevanovun «Царица Тамара и Юрий Боголюбский” əsərində, habelə Aleksandr Voinovun «Тамара и Давид” romanında geniş işıqlandırılmışdır. Əlbəttə, provaslav rus knyazının məhz Azərbaycan Atabəylər dövlətinə sığınması təsadüfi xarakterli olmamışdır. Bu inamın kökündə Atabəylərin mənşəcə, Rusiyanın provaslav məzhəbli qıpçaq əhalisi içərisindən çıxması idi: bu tarixi fakt Azərbaycanın qıpçaq Atabəyləri ilə Moskva (-Vladimir) Rus knyazlığı arasındakı tarixi əlaqələrin yeidən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gürcü qonşuların keçmişinə təkrar qayıtmaqla, həmin tarixə qısa bir səyahətə çıxmaq pis olmazdı: «В 6683 (1175) году новгородцы изгнали («выведоша») своего князя и посадили Святослава Мстиславича. Согласно «Истории Российской» Татищева, суздальские бояре решили призвать из Новгорода Юрия Андреевича, но до того времени, пока он не повзрослеет, княжить должен Михаил Юрьевич. Как отметил еще Н. М. Карамзин, сведения Татищева в сохранившихся летописях отсутствуют. Во время войны Михаила и Всеволода Юрьевичей против их племянников Мстислава и Ярополка Ростиславичей Юрий Андреевич находился в войске владимирцев , однако в большинстве летописей, кроме Ипатьевской, этот факт не упоминается. Дальнейшая судьба Юрия известна лишь из грузинских и армянских источников (причём грузинские источники даже не упоминают имени княжича). Согласно историографу царицы Тамары, Всеволод Юрьевич изгнал своего племянника из княжества, и тот бежал к половцам. Когда в 1185 году после смерти грузинского царя Георгия на престол взошла его дочь Тамара, на государственном совете (дарбази) решено было выбрать ей мужа. Тогда вельможа Абул-Асан заявил: «Я знаю Царская власть царевича, сына великого князя русского Андрея; он остался малолетним после отца и, преследуемый дядей своим Савалатом, удалился в чужую страну, теперь находится в городе кипчакского царя Севенджа». Кандидатура жениха была одобрена, причём нужно учитывать, что тётка Тамары, царевна Русудан, обладавшая влиянием при дворе, в своё время была женой киевского князя Изяслава Мстиславича. Купец Занкан Зорабабели отправился к половцам и привёз оттуда княжича Юрия, «юношу доблестного, совершенного по телосложению и приятного для созерцания». Согласно И. А. Джавахишвили, Юрий прибыл в Грузию в конце 1185 года.”

Lakin sonrakı mərhələdə, bu başı bəlalı rus knyazına qarşı Gürcü sarayında ziddiyyətlər ortaya çıxır: bir qrup Saray əhli Yuri Andreyeviçi uzaqlaşdırıb, çariça və taxt-tacı başqasına vermək üçün mübarizəyə başlayır. Bu «başqası” isə gənc osetin kübarı David Soslan idi.

Tamaradan ayrılan Yuri Andreyeviç Boqolyubski Gürcü Sarayındakı əleyhdarlarına qarşı mübarizəni davam etdirmək fikrindən geri çəkilmir. Tarixi mənbələrdə bu hadisələr belə təsvir edilmişdir: «Согласно армянскому (-албанскому) историку Мхитару Гошу, «царство грузинское находилось в волнении, ибо Тамара, дочь царя Георгия, оставила первого мужа, сына царя рузов, и вышла замуж за другого мужа из аланского царства, именуемого по материнскому родству Сосланом…». Через несколько лет, вернувшись из Константинополя, Георгий прибыл в Карну-Калак (Эрзерум), где к нему присоединились многие грузинские вельможи с войсками: Абул-Асан, министр двора Вардан Дадиани, владетель Кларджети и Шавшети Гусан, Боцо Самцхийский (в 1190 или 1191 году) . Сторонники Юрия заняли Кутаиси, и он был коронован во дворце Гегути, его сторонники совершали набеги до самого города Гори. Однако в ходе развернувшихся военных действий армия, верная царице Тамаре, во главе с Захарией и После изгнания Иванэ Мхагрдзели (Долгорукими) Закарянами, одержала победу в битве на Ниальской равнине. Георгий попал в плен, но был прощен и отпущен вместе с сыном Вардана Дадиани Иваном. Однако вскоре он решил продолжить борьбу за власть и женился на половецкой княжне. Георгий отправился к Абу-Бекру, атабеку Азербайджана, который выделил ему земли в Арране. С войсками Гянджи и Аррана в 1193 году он вторгся в Кахетию и разорил долину Алазани, но отряд Сагира Махателисдзе разбил его. Георгий бежал, и его дальнейшая судьба неизвестна. По гипотезе С. Т. Еремяна, он был погребен в церкви Лурдж-монастери (Иоанно-Богословской) в Тбилиси.

Şirvan kilsələri və xristian icmalarının tarixi Ümumqafqaz tarixinin, o cümlədən Azərbaycan tarixinin mühüm bir hissəsidir. Onun doğru-düzgün araşdırılması bölgədə baş verənlərin vaxtında aydınlaşdırılmasında böyük önəm daşıyır.

İstər Şirvanşahlar dövlətinin, istərsə də Azərbaycan Atabəylər dövlətinin siyasi tarixində mühüm pollar ounamış Zəngi-massaget tayfalarının bu yerlərdə qədim tarixini araşdırmış dilçi alim professor Firudin Ağasıoğlunun fikrincə, «yazılı mənbələr miladdan öncə III-I minilliklərdə Ön Asiyada Subar, Aratta, Kut, Turak (Türk), Kumuk, Kuman, Alban, Aran, Saka, Kaspi, Ermən, Bars, Padar, Azar (Azər), Qamər, Gögər, Qarqar, Saqi-but Zəngi boyu, Kaşqay, Urmu, Kızıl-bud (Kızıl boyu), Polad və b. Siyasi qurumların (bölgə, ölkə, şəhər, dövlət, bəylik) adını çəkir ki, bunların əksəriyyəti türk etnonimləridir.”

Qafqazda və Ön Asiyada zaman-zaman müxtəlif dini parçalanmalara məruz qalmış Zəngi-massaget tayfaları burada yaşayan digər xalqların da azadlıq tarixinə xeyli şanlı səhifələr yazmışlar. Məsələn, Səlib müharibələri dövründə Urfa Səlib kontluğu (1118-1146) Zəngilər dövlətini ikiyə ayıran bir vəziyyətdə və ticarət yolu üzərində çox mühüm mövqedə yerləşirdi. İncə bir siyasətlə Xristianları bir-birindən ayırıb, Səlibçilər arasındakı təfriqədən istifadə edən Zəngilər «katoliklərdən məmnun olmayan ermənilərin” dəstəyi ilə 1144-cü ildə Urfanı ələ keçirmişdilər. Onların bu zəfəri bütün İslam dünyasını sevincə qərq etmişdi. Bütün bu kimi faktlar aydın şəkildə göstərir ki, «erməni-müsəlman münaqişəsi” heç də əbədi xarakterli deyildir. Bu, dünya katolizminin uydurduğu bir əfsanə və ya siyasi fitnədir.

Tarixşünaslıqda nə qədər ki, «Şirvan xristian icması” və «Şirvan kilsələri” sözləri yasaqlanmışdır, deməli, Türk-qıpçaq məsihiliyi də kölgə altında qalaraq, yaddaşlardan silinəcəkdir. Bu isə Türk Xristianlığı tarixinə vurulmuş ən ağır zərbə deməkdir. Roma Papasının məsihi missionerlərinin Rusiya qıpçaqları üçün hazırlatdığı dünyaca məşhur «Kodeks Komanenius” dini abidəsi Dəşti-Qıpçaqın bir-başa Şirvan xristian dünyasına uzantısından başqa bir şey deyildir. Mənim qəti fikrimcə, tarixşünaslıqda xristian qıpçaq Atabəkiyyə problemi də Rus provaslaviyasından daha çox, Şirvanşahların məsihi tarixi ilə bağlı bir məsələdir. Bu problemi «albanşünaslıq” çərçivəsində həll etmək mümkünsüzdür.

(I Hissənin sonu, davam edəcək)

Bu xəbəri paylaşın: